Azerfon MMC-nin yeni direktoru cənab Yurgen Pitz uzun illər telekommunikasiya sahəsində çalışmış təcrübəli mütəxəssisdir.
Amerikalı fotoqraf Azərbaycan Tələbələr Birliyində (ATB) olub. ATB-min ofisində Açıq Cəmiyyət İnsitutu Yardım Fondunun (ACİYF) Nyu-York ofisinin Sənədli Fotolar layihəsinin direktoru Yukiko Yamagata qonaq olub. Qonaq ATB-nin fəaliyyəti ilə tanış olub, müxtəlif məsələlərlə bağlı müzakirələr aparıb.
8-12 noyabr tarixləri əhatə edən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransının çərçivəsində keçirilmiş plenar iclasın dünən bağlanışı oldu. İclasın sonunda “Azərbaycan teatrı” veb-portalı təqdim edildi.
Azərbaycanın ilk minik avtomobili istehsalçısı Şamaxı Avtomobil Zavodu əsas məhsulu olan «Azsamand» avtomobillərinin istehsalını və satışını dayandırıb. «Azsamand» şirkətinin prezidenti Cəzmi Qaya bildirib ki, 2010-cu ilin əvvəlindən indiyədək zavodda avtomobil buraxılmayıb. İstehsalın dayanmasına səbəb İrandan avtomobil hissələrinin alınmaması olub
Yemək masası şəklində dizayn edilən bu avtomobil 330 at gücündə 8 slindirli mühərriki ilə saatda 209 km sürətlə hərəkət edə bilir.
Sony fotoqrafçılıqda Tam Keçirici Hərəkətsiz Ayna Texnologiyasına (Translucent Mirror Technology) sahib yeni “α55” və “α33” fotoaparatları ilə bazardakı yerini daha da gücləndirir.
Şirkət idarəetmədə əldə etdiyi uğurlara görə təltifləndirilib “Azercell Telekom” MMC şirkəti biznes aləmində çox nüfuzlu və tanınmış “İnternational Star” mükafatına layiq görülüb. Keyfiyyət üçün “International Star” mükafatı B.İ.D. (Business Initiative Directions) təşkilatı tərəfindən təsis edilib.
Noyabrın 9-nun bayrama təsadüf etməsi və seçkilərin yaratdığı xoş olmayan ovqatla qəzet bu günü təntənəli şəkildə qeyd etməyib. “musavat.com”un yaydığı məlumatda bildirilir ki, “Yeni Müsavat” ilk dəfə 1989-cu ilin 10 noyabrında işıq üzü görüb. Qəzet bir neçə il həftədə bir dəfə çıxıb və dövriliyini 1995-ci ildə artırıb – həftədə iki dəfə çıxmağa başlayıb. 1998-ci ildən sonra “Yeni Müsavat” həftədə yeddi
2010-cu il oktyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1847 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 209 ədəd çoxdur. Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən məlumat veriblər.
“Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsi çərçivəsində keçirilən təlimlərdə Azərbaycanın aparıcı 28 kütləvi informasiya vasitəsi redaksiyasından bütövlükdə 30 jurnalist iştirak edib. Layihənin müəllifi Beynəlxalq Jurnalistlər Federasiyası və Jurnalistlərin Həmkarlar İttifaqından (JuHİ) verilən məlumata görə,
6 Noyabr 2010-cu il tarixində Park Bulvar ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən Azerfon-Vodafone mağazasında hədiyyələrin rəsmi təqdim etmə mərasimi keçirildi
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti poçt dövriyyəsinə akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş marka buraxıb. 2010-cu ilin dekabr ayında görkəmli Azərbaycan alimi,
Facebookun bir çox müsbət tərəfləri olsa da, bəzi mənfi tərəfləri də var. Xəbərlər.az portalı Facebookun mənfi tərəflərini təqdim edir...
“Philips” şirkəti SHE3581 boz, SHE3582 mavi, SHE3583 çəhrayı rənglərdə qulaqcıqların istehsalına başlayıb.
Çeçenistan prezidenti Ramzan Kadırov insanları internet vasitəsilə yayılan ekstremist təbliğatdan uzaq tutmağın vacibliyini bəyan edib. R.Kadırov bildirib ki, İslamla bağlı bir çox saytlar insanları radikalizmə təhrik edir. O, həmçinin əlavə edib ki, İslam təsadüfi adamların Quranı təfsir etməsini qadağan edir: