Yemək masasına bənzəyən avtomobil

11-11-2010 / 15:08

Xəbərlər.az portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 noyabrda Almaniyanın Essen şəhərində Motorshow texnologiyalar sərgisinin açılış mərasimi keçiriləcək.

Artıq indidən sərgidə iştirak edəcək avtomobillər ictimaiyyətə təqdim olunub. İngilis Perry Watkins tərəfindən dizayn edilmiş və istehsal edilən “Fast Food” (Sürətli Qidalanma) adlı avtomobil diqqəti cəlb edib. Yemək masası şəklində dizayn edilən bu avtomobil 330 at gücündə 8 slindirli mühərriki ilə saatda 209 km sürətlə hərəkət edə bilir.

Sərgidə eyni zamanda yenə Perry Watkinsə aid dünyanın ən balaca avtomobili də tanıdılacaq. Uzunluğu 1,30 metr, yüksəkliyi 1 metr, eni isə 66 sm olan \"Wind Up\" adlı avtomobil saatda 60 km sürətlə hərəkət edə bilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə