İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular
Cəmi 7600 nəticə tapildı!

Gürcüstanda 1 ABŞ dollarına kompüter

22.09.2010 [16:53]

Cari ilin noyabr ayının 1-dən etibarən Gürcüstan əhalisi üçün kompüterlərin əldə olunması üzrə güzəştli proqram start götürəcək. Vətəndaşlar gündə bir lari ödəməklə (1 ABŞ dolları – 1,84 lari) möhlətlə kompüterlər əldə edə biləcəklər. Bu barədə hökumət iclasında Gürcüstanın baş naziri Nika Qilauri bildirib. Layihənin Intel şirkəti ilə birgə reallaşdırılması planlaşdırılır.

Bloqçu nə vaxtdan jurnalist olub?

22.09.2010 [16:48]

Əslində bloq virtual gündəlikdən savayı bir şey deyil Bloqçu jurnalistdirmi? Son vaxtlar bu sual ətrafında uzun sürən müzakirələr aparılır. Bu müzakirələr həm dar çərçivələrdə, həm də geniş tərkibli konfranslarda müzakirə mövzusu olur. Hər iki halda tərəflər fikirlərini, mövqelərini əsaslandırmağa cəhd edirlər.

“FARS” AGENTLİYİ AZƏRBAYCAN BAYRAĞINI TƏHRİF EDİB

22.09.2010 [16:06]

İranın rəsmi xəbər agentliklərindən olan “farsnews.com” agentliyi Azərbaycan Respublikasının bayrağın təhrif edib. Sentyabrın 22-də adı çəkilən xəbər agentliyinin Qafqaz və Orta Asiya redaksiyası Azərbaycanın “Trend” agentliyinə istinadən xəbər yayıb. Xəbər Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşır Axundovun Cənub-Şimal dəmir yolunun çəkilişinin iqtisadi əhəmiyyəti haqqındakı fikirlərin əks etdirib.

Deputatlığa iddia edən Azər Həsrət reklam qiymətlərini açıqladı

22.09.2010 [16:01]

Bu il noyabrın 7-də keçirilməsi nəzərdə tutulan Milli Məclis seçkilərində istifadə ediləcək texnologiyalar sırasına çağdaş informasiya-kommunikasiya texnologiyaları da daxildir. Əlbəttə ki, bütün namizədlərin bu texnologiyalardan gen-bol istifadə edəcəyini iddia etmək olmaz.

Azərbaycan müəllimləri Moskvada İntel treninqində iştirak edəcək

22.09.2010 [15:54]

Azərbaycan müəllimləri Moskvada keçiriləcək İntel şirkətinin “1 şagird – 1 kompüter elektron mühitinin təşkili” mövzulu treninqində iştirak edəcəklər. Bu barədə İKT İnformasiya Mərkəzindən məumat verilib.

Parabank yeni Visa Virtual kartını təqdim edib

22.09.2010 [15:43]

“Parabank” ASC plastik kart portfelinə yeni məhsul daxil olub. Bankın mətbuat xidmətindən verilən məlumata görə, Visa Beynəlxalq Ödəniş sisteminin Virtual Kartı internet şəbəkəsində mal və xidmət haqqı ödəmək üçün istifadə olunur. Bu kart növü pullarınızın ən yüksək dərəcədə təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

“AZƏRBAYCANDA SÖZ AZADLIĞI” HESABATI AÇIQLANIB

22.09.2010 [19:28]

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azərbaycanda söz azadlığı” adlı hesabatını açıqlayıb. 2010-cu ilin ilk 7 ayını əhatə edən hesabatda bu müddət ərzində ölkədə medianın və söz azadlığının ümumi mənzərəsi, böhtan və diffamasiya işləri və KİV-ə qarşı digər iddialar, jurnalistlərə və media qurumlarına qarşı hücumlar, təxribatlarla bağlı iddialar və s. əksini tapıb.

“Bu günə qədər düşərgələrdə ancaq öyrənirdik, bu düşərgədə isə öyrəndiklərimizi tətbiq etdik”.

21.09.2010 [20:29]

Xəbər verdiyimiz kimi, sentyabr ayının 18-19-da TOL-un (Transitions Online) təşkilatçılığı ilə Novxanıda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçirilib.

Azərbaycanda yeni onlayn dükan yaradılıb

21.09.2010 [19:06]

Azərbaycanda yeni onlayn dükan yaradılıb. Shop.az adlanan sayt iri, peşəkar təşkil olunmuş onlayn dükandır. Saytın yaradıcısı Elnur Baimov xeberler.az-a açıqlamasında bildirib ki, onlayn dükandan kitablar, müxtəlif ətirlər, disklər, elektronika və oyuncaqlar ala bilərsiz. Gələcəkdə çeşidləri artıracaqlarını söyləyən Elnur Baimov Azərbaycanda onlayn dükanların inkişafı haqda belə deyib:

İşıq sürəti ilə işləyən komputer çipi

21.09.2010 [18:50]

Bunu alimlərin beynəlxalq komandası yaradıb Alimlərin beynəlxalq komandasının yaratdığı çip mütəxəssislərin fikrincə “kvant komputerlərinin istehsalının yolunu açacaq. Bu komputerlər xeyli dərəcədə müasir texniki xarakteristikalarına görə indikiləri üstələyəcək”.

Facebook özünün mobil telefonunu buraxacaq

21.09.2010 [14:38]

Facebook şirkəti mobil telefonun istehsalına hazırlaşır. Ehtimala görə, Facebook proqram sistemini hazırlayacaq, cihazın özünü isə nəhəng telefon istehsalçılarından birinə sifariş edəcəklər. Bu layihənin işlənib hazırlanmasına Firefox brauzerin yaradıcılarından biri Co Hyuitt və Chrome OS layihənin keçmiş əməkdaşı Metyu Papakipos rəhbərlik edəcəklər.

Internet haqqında müqavilə layihəsi təqdim edildi

21.09.2010 [14:10]

Ötən həftə Vilnüs şəhərində keçirilən İnternetin İdarəolunması Forumunda Avropa İttifaqı tərəfindən Qlobal Şəbəkənin idarə edilməsinə dair əsas prinsiplər toplusu təqdim olunub. Avropa İttifaqı bütün ölkələri yeni prinsiplərə riayət etməyə çağırır. İnternet haqqında müqavilə layihəsində Şəbəkənin idarə edilməsi üzrə əsas amillər öz əksini tapıb.

Xanımlar Facebookdan nə məqsədlə istifadə edir?

21.09.2010 [13:33]

“Kim ki, deyir Facebookdan sosial şəbəkə kimi istifadə edirəm yalandır. Bura girən qızların 90%-i oğlanlarla tanış olmaq istəyir. Qızlar Facebookda özlərinin cənnətdəki kimi təsəvvür edirlər. Çünki bu virtual dünyadır. Virtuallıqda isə ən çirkin qız Bred Pitlə danışa bilər. Facebookda çat deyilən bir yer var, kim deyə bilər ki, özünü ağıllı göstərən qızlar orda nə danışır camaatla”.

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21.09.2010 [11:55]

Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti uşaqların müdafiəsi üzrə Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq SOS Uşaq Kəndləri ilə birlikdə tədbir keçirib. “Bakcell Stars” adlı korporativ məsuliyyət proqramı çərçivəsində uşaqlar üçün təşkil olunan mərasim Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş tutub.

“Gmail”dən daha bir yenilik

21.09.2010 [10:49]

Google, təqdim etdiyi video chat xidmətinin keyfiyyətinin artırılması üçün daha bir yenilik edəcək. Belə ki, Gmail-də “Settings” bölməsindən “Gmail Labs”-a girərək “Video Chat Enhancements”-i açmaqla bu yenilikdən istifadə etmək olar. Bu yeniliyin sayəsində artıq videonu daha dəqiq görə və böyüdə biləcəksiniz.

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar