“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010 / 11:55

 Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti uşaqların müdafiəsi üzrə Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq SOS Uşaq Kəndləri ilə birlikdə tədbir keçirib.

“Bakcell Stars” adlı korporativ məsuliyyət proqramı çərçivəsində uşaqlar üçün təşkil olunan mərasim Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş tutub.

Tədbirdə SOS Uşaq Kəndlərində fəaliyyət göstərən xor və rəqs qrupu Beynəlxalq Sülh gününə həsr olunmuş “Uşaqlar sülhə səsləyir” adlı konsert proqramı ilə çıxış edib.

Şirkətin baş direktoru xanım İneke Botter bildirib ki, artıq 1 ildir SOS Uşaq Kəndlərində “Bakcell”in maliyyə dəstəyi ilə uşaq xor dərnəyi fəaliyyət göstərir: “Beynəlxalq Sülh günündə “Bakcell Stars” SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım etmək məqsədilə SMS kampaniyasına başlayır. İki həftə davam edəcək kampaniya çərçivəsində “Bakcell” abunəçiləri 1155 qısa nömrəsinə SMS göndərməklə bu layihəyə 1 AZN və ya 450 kontur yardım etmiş olacaqlar”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə