Azərbaycanda diffamasiya haqqında qəbul olunmuş qanun mətbuat azadlığı sahəsində ciddi irəliləyişlərə çevriləcək, - ATƏT-in KİV-in azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Xaraşti çərşənbə günü Bakıda "Yeni mətbuat erasının dəyərləri" adlı konfrans-seminarın açılışında deyib.
Bu barədə mətbuata Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib. 2012-ci ildən etibarən Azərbaycan rəqəmsal televiziyaya keçəcək. Bununla bağlı təkliflər hazırlanır. Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov deyib ki, bu sistemə keçid keyfiyyəti artırmaqla yanaşı, yeni xidmətlərin göstərilməsinə də şərait yaradacaq.
Futbol üzrə Dünya Çempionatında ən yadda qalan məqam sözsüz ki, afrikalıların milli aləti olan Vuvuzelanın sesi oldu. Vuvuzela ilk gündən tənqid atəşinə tutulsa da, CARlılar inadlarından dönmədilər. İndi isə Vuvuzelanın səsi Youtube-dən gəlməyə başlayıb.
Bazara çıxarıldığı gündən reklam və satış rekordları qıran “iPhone 4” telefonunun maya dəyərlərı açıqlanıb. AA müxbirinin “iSuppli” hesabatına əsasən əldə etdiyi məlumatlara görə, yeni telefonun istehsalı 187 dollar 51 sentə başa gəlib.
Kişi idman növü olaraq göstərilən futbolun dünyada kifayət qədər qadın pərəstişkarı var. Türkiyədə də fanat qadınlar az deyil. Onlar bugünlərdə yığışaraq yeni futbol saytı açıblar. Biyiksizlar.com adlanan saytın bütün xəbərlərini yalnız qadınlar hazırlayacaq. Bu sayt qadın gözüylə futbola baxmaq istəyənlər üçün hazırlanıb. Saytda köşə yazarları da yalnız xanımlar olacaq.
2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 25-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.
Sabah Media Mərkəzində “Sosium”-sosial bloq müsabiqəsinin qaliblərini elan etmək və mükafatlandırmaq məqsədilə tədbir keçiriləcək. Tədbirdə YazYay Məktəbi layihəsinin məzunları, media nümayəndələri, Avropa Tələbələr Forumunun prezidenti və müsabiqə münsiflərinin iştirakı gözlənilir.
Bugün Bakıda yerli jurnalistlər və jurnalist təşkilatlatının əməkdaşları üçün “Yeni Media erasının dəyərləri” mövzusunda konfrans və seminar keçirilib. Seminar media qanunvericiliyi və söz azadlığı ətrafında panel-debat və müzakirələrlə başlayıb.
Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov elektron KİV-in lisenziyalaşdırılması planı barədə şayiələri əsassız sayıb. "Belə bir planımız yoxdur və heç vaxt bu barədə heç nə elan etməmişik", -
Tədbir çərçivəsində «Xalq Kompüteri» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma imzalanıb. Layihənin yeni mərhələsi «Microsoft Azərbaycan», Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, «Hewlett Packard», «Ultra» və «Bestcomp» şirkətləri reallaşdıracaq.
Böyük Britaniya hakimiyyəti yaxın zamanda ölkənin müxtəlif dövlət strukturlarının bütün 820 saytını nəzərdən keçirəcək və vətəndaşlara daha az fayda gətirən resursların fəaliyyətini dayandıracaq. Bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin Katibliyinin rəhbəri Frensis Mod bəyan edib.
Türkiyənin ən məşhur serialı Aşk-ı Memnunun oyunu yaranır.
Sayta 1 gündən artıq müddətdə giriş mümkün olmayıb Son 1 gün ərzində Qaynar.info Milli Xəbər Portalının yerləşdiyi serverə davamlı haker hücemları olub. Saytın texniki rəhbərliyi hücumların qarşısını ala bilmədiyi üçün, portalın sıradan çıxmasının qarşısını almaq məqsədi ilə serveri söndürüblər.
Sabah Bakıda, Hyatt Regency mehmanxanasında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Microsoft şirkəti tərəfindən növbəti İnnovasiyalar Günü təşkil olunacaq.
“Bing” servisinə əyləncə, o cümlədən musiqi, oyunlar, kinofilmlə kimi kontent axtarışı funksiyası əlavə edilib “Microsoft” şirkəti “Bing” servisinə əyləncə, o cümlədən musiqi, oyunlar, kinofilmlər və digər bu kimi kontent axtarışı funksiyasını əlavə etməklə sistemi yeniləyib.