Azərbaycan Parlamenti "Diffamasiya haqqında" qanun layihəsini qəbul etməyə hazırdır.

02-07-2010 / 01:59

Azərbaycanda diffamasiya haqqında qəbul olunmuş qanun mətbuat azadlığı sahəsində ciddi irəliləyişlərə çevriləcək, - ATƏT-in KİV-in azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Xaraşti çərşənbə günü Bakıda "Yeni mətbuat erasının dəyərləri" adlı konfrans-seminarın açılışında deyib.

Xaraştinin sözlərinə görə, Azərbaycan Parlamenti "Diffamasiya haqqında" qanun layihəsini qəbul etməyə hazırdır.

Konfransın təşkilatçıları Avropa Xəbərçilər Assosiasiyası və Norveç İctimai Xəbərçilər Təşkilatı ilə birlikdə Azərbaycan Mətbuat Mərkəzidir.

Xaraşti Azərbaycanda bir çox jurnalistlərin həbsdə olması ilə bağlı öz narahatlığını ifadə edib.

O, həmçinin, Azərbaycanın FM radiodalğasında xarici radiostansiyaların qadağan olunması barədə qərarın ləğvini mühüm hesab edir.

ATƏT-in eks-nümayəndəsi postsovet məkanında İctimai Televiziyanın yarandığı ilk ölkələrdən birinin Azərbaycan olduğunu müsbət fakt kimi qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə