21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Festivalın ilk günündə sərgi-yarmarkanın açılışı olacaq. Kimyaçılar Mədəniyyət Sarayının foyesində təşkil olunacaq sərgidə müsabiqədə fərqlənmiş işlər nümayiş etdiriləcək.
“AzDataKom” şəbəkəsinə qoşulan ADSL abunəçilərin sayı isə 532-dir. BTRİB cari ilin sonuna ADSL istifadəçilərinin sayının 100.000-ə çatdırılmasını planlaşdırır.Cari ilin sonuna kimi Bakı kəndləri sürətli İnternet xidməti ilə təmin ediləcək
Domen qeydiyyat saytı olan Whois.az-ın məlumatına əsasən 2010-cu ilin iyunun 18-nə qədər olan nəticələrə əsasən 10 min 222 domen qeydiyyatdan keçib.Bu cari ilin 11 yanvarında elan olunmuş saydan 994 domen çoxdur.
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda İnternet vasitəsi ilə canlı yayımlanan veriliş fəaliyyətə başlayıb. "Məncə" adlanan veriliş hər cümə axşamı saat 16:00-da www.mediamerkez.az saytının ana səhifəsində yayımlanacaq. Verilişi həmçinin ACI-YF www.soros.az saytında izləmək mümkün olacaq.
Mark Zuckerberg və yoldaşlarının Harvardda balaca bir otaqda qurduqları Facebook hazırda təxminən 500 milyon istifadəçisiylə dünyanın ən böyük sosial şəbəkəsidir. Bugünlərdə Reuters Facebokla bağlı maraqlı fakt aşkarlayıb. Agentliyin xəbərinə görə Facebookun 2009-cu ildəki gəliri 800 milyon dollardır.
Yaxın gələcəkdə orta məktəb müəllimlərinin işə qəbulu zamanı informasiya kommunikasiya texnologiyaları (İKT) üzrə bacarıqları nəzərə alınacaq.
Bu gün “Elektron Təhsil” Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu məqsədlə keçirilən Təqdimat Mərasimində Təhsil naziri cənab Misir Mərdanov çıxış edərək Müsabiqənin keçirilməsi haqqında, onun məqsədləri və nəticələri haqqında geniş məlumat verib.
Facebook və Twitter sosial şəbəkələrinin qiyməti Xeberler.az saytında
Xeberler.az saytı bugündən etibarən yeni layihəyə start verir. “Blogdan xəbərlər” adlanan rublikada məqsəd həftə içi bloggerlərin yazdığı məqalələrlə oxucuları tanış etməkdir. Bu rublikaya başqa saytlarda da rast gələ bilərsiz. Amma biz onlarla rəqabət aparmaq yox, Azərbaycanda bloqçuluğun inkişafına nail olmaq istəyirik.
Nokia telefonlarında elektron ödəmə imkanı təmin edən yaxın sahə ünsiyyətə yenidən yer verəcək. Yaxın məsafə xəbərləşmə texnologiyası olaraq adlandırılan Near Field Communication Technology, gözlənililən ölçüdə məşhurluq qazana bilmədi.
Almaniya-Azərbaycan futbol qarşılaşmasına bileti günü bugün əldə edə bilərsiz.
Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) rəsmi saytında abituriyentlər üçün yeni ekspert məsləhətxanası bölməsi açılıb.
Forex-AZ Nyu-Yorkda "Beynəlxalq Keyfiyyət" mükafatını qazanıb. Nyu-York Marriott Marquis hotelində 74 ölkəni təmsil edən şirkət nümayəndələrinin iştirakıyla keçirilən "International Quality Summit Convention"da Forex-AZ, "Beynəlxalq Keyfiyyət" mükafatı ilə təltif olunub.
Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin xeberler.az-a verdiyi məlumata əsasən internet səhifələrin və təqdimat işlərinin, bloqların hazırlanması, həmçinin mətn yığıcılığı istiqamətləri üzrə keçirilən müsabiqədə Münsiflər Heyəti tərəfindən 18 müxtəlif nominasiya müəyyən edilib.
16 iyun 2010 –cu il tarixdə Elektron Təhsil Müsabiqəsinin Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda Müsabiqənin səsverməsinin yekun - 3-cü mərhələsinin nəticələri müzakirə olunub. Məlum olduğu kimi 15 iyun tarixdə Müsabiqənin Münsiflər Heyəti tərəfindən Nominantlar arasından qaliblərin seçilməsi ilə bağlı səsvermə prosesi başa çatıb.