16 iyun 2010 –cu il tarixdə Elektron Təhsil Müsabiqəsinin Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda Müsabiqənin səsverməsinin yekun - 3-cü mərhələsinin nəticələri müzakirə olunub. Məlum olduğu kimi 15 iyun tarixdə Müsabiqənin Münsiflər Heyəti tərəfindən Nominantlar arasından qaliblərin seçilməsi ilə bağlı səsvermə prosesi başa çatıb.
Səsvermənin 2-ci mərhələsinin yekununda 5 Nominasiya üzrə 810 resurs arasından ən yaxşılar olan 89 resurs Nominant statusu almışdı.
Təşkilat Komitəsinin toplantısında səsvermənin şəffaf və ədalətli formada keçirilməsi üçün yetərli şəraitin yaradıldığı qeyd olunub. Səsvermənin yekun prosesinin Münsiflər Heyətinin üzvləri tərəfindən elektron formada gizli olaraq keçirildiyi vurğulanıb. Əsasnamədə nəzərdə tutulan kriteiryalara müvafiq olaraq 10 bal sistemi əsasında keçirilən qiymətləndirmə prosesinin nəticələri avtomatik olaraq ümumiləşdirilib.
Təşkilat Komitəsinin toplantısında şirkətlər tərəfindən və dövlət vəsaiti, həmçinin qrantlar hesabına formalaşan və Nominantlar arasında olan resurslara da münasibət bildirilib.
Toplantıda qaliblərin mükafatlandırılması ilə bağlı Təqdimat mərasiminin keçirilməsi məsələsi də müzakirə olunub. 21 iyun 2010-cu il tarixdə saat 10.00-da Park İNN otelində Müsabiqənin qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən Təqdimat Mərasiminə hazırlıqla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Beləliklə 06 aprel tarixdə başlayan yarışmanın qaliblərinin adlarının 21 iyun tarixdə açıqlanması qərara alınıb. Müsabiqənin Əsasnaməsinə müvafiq olaraq qaliblərin adları Təqdimat mərasimindən sonra saytda yerləşdiriləcək və KİV də dərc olunacaq.
Nominantların hamısının Təqdimat mərasiminə dəvət edilməsi qərara alınıb.
Bu ilki Müsabiqədə hər bir Nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə və hər bir Nominasiya üzrə fərqlənənlərə diplomların və qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri