Konfransda Ağstafa, Tovuz, Qazax rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, habelə, Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin tərəfdaş-təşkilatları olan Mədəd, Azedunet, Microsoft, “Intel gələcək üçün təhsil proqram” və Ultra iştirak etmişlər. Dövlət Proqramı çərçivəsində müsbət təcrübə ilə bölüşmək üçün, Bakı məktəblərindən İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər də konfransda iştirak etmişlər.
AEGEE-Bakı Avropa Tələbələr Forumu təşklilatı tərəfindən həyata keçirilən “YazYay Məktəbi” çərçivəsində iyun ayında “Sosium” sosial bloq yazıları müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək, onların yazı və yaradıcılıq qabiliyyətlərini artırmaqdır. Müsabiqə açıqdır və bütün blogerlər iştirak edə bilər.
İsrail türk gəmilərinə etdiyi hücumdan sonra türk xakerlər İsrailə qarşı virtual müharibə elan ediblər. Bir neçə gün ərzində 100lərlə İsrail saytı türklər tərəfindən sındırılıb. Bu hücumda digər müsəlman ölkələr də türklərə dəstək verir. İndiyə qədər İsrail Dəniz Qüvvətləri http://www.navy.idf.il/ , İsrail Təhsilçilər saytı http://shaananoar.shaanan.ac.il/ və başqa 100larla sayt türklər tərəfindən vurulmuşdu. Bugün səhər isə xakerlər İsrailə ən böyük zərbəni vurublar. İsrailin ən böyük və ən məşhur saytlarından olan http://www.mossad.gov.il xakerlərin hücumuna məruz qalıb. Ələ keçirilən saytlara Fələstin və Türk bayrağları habelə "Murderer İsrael" sözləri yazılıb. Hücumlara tab gətirə bilməyən İsrail türk İP-lərinə ban qoyub. Belə ki, hazırda Türkiyə ərazisindən heç bir İsrail saytına girmək mümkün deyil.
Almaniya Istehlak Naziri Ilse Aigner Facebookun Avropa təmsilçisi ilə etdiyi söhbətdən sonra sosial şəbəkədəki səhifəsini bağlamaq qərarına gəlib. Səbəb kimi, Facebookun keçən həftə tətbiq etdiyi yeni təhlükəsizlik sisteminin yetərli olmadığını göstərib. Alman nazir Facebookdan narazılığını dilə gətirib: "Səhifəmi bağlayacağam. Öncə isə dost siyahımda olan 4min dostumu bundan xəbərdan verəcəm. Məncə insanlar Facebookun nə qədər təhlükəli olduğunun fərqində deyillər. Həmyerlilərimə məsləhət görərdim ki, şəbəkədəki səhifələrini bağlasınlar."
ABŞ-ın sabiq prezidenti, oğul Corc Buş 2 iyun tarixində Facebook sosial şəbəkəsində qeydiyyatdan keçib. Amerika mətbuatının yazdığına görə, səhifədəki yeniliklərin üçüncü şəxs tərəfindan edildiyi güman olunur. Yaxın vaxtlarda səhifədə Buşun prezidentlik təşəbbüsləri haqda ətraflı məlumatların yerləşdiriləcəyi bildirilir. Xatırladaq ki, ABŞ-ın hazırki prezidenti Barak Obamanın bir neçə ildir ki, Facebookda səhifəsi var. Prezidentliyə namizədlik dövründə Obama sosial şəbəkələrdən fəal istifadə edirdi.
Rusiyanın ikinci ən iri mobil rabitə operatoru Meqafon uzaq rabitə, eləcə də genişzolaqlı internet bazarında mövqelərinin möhkəmləndirilməsi məqsədilə Sinterra magistral operatorunun alınmasına dair razılaşma əldə edib. Məbləği 745 milyon ABŞ dolları təşkil edən müvafiq razılaşmanın şərtlərinə əsasən, “Meqafon” “Sinterra”nın mövcud borclarının ödənilməsini öhdəsinə götürəcək.
Gürcüsatanın məşhur "İmedi" teleşirkətini Ukrayna piar-şirkəti alır. Trend-ə məlumatlı mənbələrdən verilən xəbərə görə, Ukraynanın yeni hökuməti ilə fəal əməkdaşlıq edən Ukrayna şirkəti artıq bir aydır gürcü tərəfi ilə danışıqlar aparır.
“Aztelekom” İstehsalat Birliyi 01 iyun 2010-cu il tarixdən etibarən genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib. Bu gündən birliyin genişzolaqlı internet xidmətlərinin tarifləri orta hesabla 36% ucuzlaşıb.
“Nobel-T” təşkilatı tərəfindən reallaşdırılacaq layihənin təqdimatı 29.05.2010-cu il tarixində Təhsil Nazirliyində keçirilmişdir. Layihənin konsepsiyası Təhsil Nazirliyi Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasında da artıq müzakirə olunmuş və bununla bağlı zəruri tövsiyələr verilmişdir.
«Twitter» sosial şəbəkəsi 2007-ci ildə Cek Dorsi, Biz Stoun və Evan Villiams tərəfindən yaradılıb. Şəbəkənin hazırda 110 milyondan çox istifadəçisi var. Amma Azərbaycanda «Twitter»ə maraq o qədər də yüksək səviyyədə deyil. «Twitter» ölkəmizdə müəyyən kütlə arasında yayılıb. Qeyri-rəsmi məlumata görə, hazırda Azərbaycanda 2000-ə yaxın «Twitter» istifadəçisi var. Çoxları sosial şəbəkədə qeydiyyatdan keçsə də, ondan istifadə etmirlər.
Türk xakerləri İsrailin rəsmi, ictimai və maliyyə saytlarına iri miqyaslı hücumlara başlayıblar.
Konami PES 2011-in 3 yeni ekran görüntüsünü futbolsevərlərə təqdim edib. Dünyanın ən məşhur PLAY STATİON oyunlarından olan PES bu ilin oktyabr ayında satışa çıxarılacaq.
Sosial şəbəkələr dünyanın nəhəng insan resurslarına çevrildikləri vaxtdan mobil operatorlar sosial saytlara fokuslanıblar. Bunlar əsasən SMS kampaniyaları olur. Statusları SMS vasitəsilə yeniləmək, şərhləri, mesajları SMS vasitəsilə almaq kimi xidmətlər göstərirlər. Azərbaycanda da mobil operatorlar son 1 il ərzində sosial şəbəkələrdən aktiv istifadə etməyə başlayıblar. Aparılan araşdırmada Azercell, Bakcell, Azerfon-Vodafone operatorlarının Facebook və Twitterdə fəaliyyətləri haqqında toplanılan məlumatları təqdim edirik.
İyulun 9-da Microsoft Azərbaycan şirkəti Bakıda elektron hökumətin formalaşması məsələləri üzrə konfrans keçirəcək. Konfransda firavan cəmiyyətin yaradılması məqsədilə texnologiya, insan və informasiya resurslarının birləşdirilməsi üçün nəzərdə tutulmuş meydança kimi dövlət xidmətlərinin imkanları müzakirə olunacaq.
Müsabiqənin daha uğurlu yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi tərəfindən bir sıra zəruri tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib