Yerli və xarici mobil operatorların sosial şəbəkələrdə fəaliyyəti

03-06-2010 / 03:53

Yerli mobil operatorlar

Sosial şəbəkələr dünyanın nəhəng insan resurslarına çevrildikləri vaxtdan mobil operatorlar sosial saytlara fokuslanıblar. Bunlar əsasən SMS kampaniyaları olur. Statusları SMS vasitəsilə yeniləmək, şərhləri, mesajları SMS vasitəsilə almaq kimi xidmətlər göstərirlər.

Azərbaycanda da mobil operatorlar son 1 il ərzində sosial şəbəkələrdən aktiv istifadə etməyə başlayıblar. Aparılan araşdırmada Azercell, Bakcell, Azerfon-Vodafone və NarMobile operatorlarının Facebook və Twitterdə fəaliyyətləri haqqında toplanılan məlumatları təqdim edirik.

Azercell Facebook-Azercell-in Facebook səhifəsində 4000-dən çox üzvü var. Demək olar ki, hər gün yenilənir, müştərilərin sualları cavablandırılır. Yoxlamaq üçün yazdığım suala bir gün ərzində cavab verildi. Keçirilən kampaniyalar haqqında videolar və tədbirlərin işıqlandırıldığı 16 fotoalboma rast gəlmək olar.
Azercell Twitter - Facebookdan əlavə Twitter mikrobloqqinq şəbəkəsində də hesabı var. Lakin, burada onların daha az 200-dən çox izləyəni var və statuslar çox tez-tez yenilənmir. Məsələn, son yenilənmə 24 mayda paylaşılmış ballar kampaniyası haqqında məlumatdır.

Azercell rebrendinqlə bağlı Facebook şəbəkəsində öz fəaliyyətini genişləndirərək fotomüsabiqə elan edib. Bu müsabiqə haqqında Azercellin yeni saytında heç bir məlumat olmamasına baxmayaraq Facebookda xeyli reklam edilib. Müsabiqə Disput.az saytı da keçirilib. Azercell göründüyü kimi yeni media vasitələrindən geniş istifadə edir, lakin saytında bu məlumatlar az əks olunur.

Azərbaycanın ikinci ən böyük mobil operatoru olan Bakcell isə yeni media vasitələrindən istifadəyə bir o qədər də üstünlük vermir. Yeni Mediadan istifadəyə o qədər də üstünlük verməyən Bakcell şirkəti əvəzində saytını tez-tez yeniləyir. Lakin, Bakcelin saytında sosial şəbəkələr üçün paylaşım sistemi vardır, hansı ki, digər Azərbaycan operatorlarının heç birinin saytlarında buna rast gəlmədik.

Bakcell Facebook - Qrupa qoşulan insanların sayı 300 dən çoxdur. Son yenilənmə vakansiyalarla bağlı 26 may tarixində olub. Bəzi suallar cavablandırılır.
Bakcell Twitter - izləyənlərin sayə 49 nəfərdir. Son yenilənmə 12 sentyabr 2009-cu ildə olmuşdur.

AzerfonVodafone -Facebookda yaradılmış səhifədə 1.119 nəfər üzvü var. Demək olar ki, hər gün bir neçə yenilənmə olur. Azerfonun saytında da həmçinin bütün yeniliklərdən xəbərdar ola bilərsiz.

AzerfonVodafone Twitter - hesabında izləyənlərin sayı 64 nəfərdir. Son yenilənmə isə 11 mayda olmuşdur. Bu Azərfonun Zəng Gələr Bonus Gətirər kampaniyası haqqında yeniliyidir.

Azerfon Vodafone şirkətinin PR/Marketinq şöbəsindən Nika Arpadarainin dediklərinə görə yeni media şirkət üçün çox vacibdir, çünki auditoriyalarına elektron vasitələrlə məlumat çatdırmaq üçün Facebook və Twitter kimi yeni media vasitələri ənənəvi mediadan (qəzetlər) daha asan və tez bir üsuldur. Bu səbəbdən də Facebook səhifələrində bütün yenilikləri yerləşdirirlər və sayt üzərində də ciddi iş gedir. Şirkətdə Korporativ Ünsiyyət üsulları üzrə departamenti var. Bu şöbə şirkətin İctimaiyyətlə Əlaqələrini təmin edir.

Azerfonun digər brendi olan NarMobile operatoru da Facebook və Twitterdən istifadə edir. Facebook qrupunda cəmi 65 nəfər, Twitterdə isə 9 nəfərlə kifayətlənib. Twitter hesabında isə cəmi bir məlumat var.

Lakin, insanlar mobil operatorlardan öz narazılıqlarını da bildirmək üçün Facebook şəbəkəsindən istifadə edirlər. Məsələn: Azercell operatorunun baha olması ilə bağlı Facebookda Azercell ucuzlaşsın deyənlər adlı bir səhifə yaradılmışdır. Bundan başqa öz operatorlarını “dəstəkləyən” Azercell Abonenti və Azerfon Abonenti adlı istifadəçi adları ilə qeydiyyatdan keçmiş hesabları da görmək olar.

Xarici mobil operatorlar

Böyük Britaniyada Orange mobil operatorunun göstərdiyi “Orange Wednesdays” (Orange Çərşənbələri) kampaniyasının belə bir xidməti var ki,“Orange Film Klubu” adlanır,bu klubun əsas səhifəsi Facebookda yaradılmışdır. Filmə baxmaq istəyən hər bir Orange müştərisi 241 nömrəsinə FILM yazıb SMS göndərir və 2 bileti 1 biletin qiymətinə alır. Mobil operatorun yalnız bu kampaniyasının Facebookun hesabına 15000 nəfərdən çox insan cəlb olunmuşdur. Buna oxşar kampaniyanı Azercell Maksimum kapaniyası çərçivəsində aparır.

3G operatoru isə MSN və Skype kimi saytları pulsuz təklif edir. Facebooku da dolayısıyla pulsuzdur, sadəcə ondan istifadə etmək üçün kontur yükləmək lazımdır. Lakin, yalnız həmin operatorun telefonlarını istifadə etdikdə bu mümkündür. Bunlar adi bildiyimiz markalardır, lakin bu telefonlarda ancaq həmin operatorun nömrələri işləyir. Bu operatora etiraz olaraq Facebook səhifəsi də yaradılıb hansı ki, bu da həmin operatorun əvvəlki kimi Twitter-də statuslara gələn şərhləri artıq SMS vasitəsilə ala bilmək imkanını ləğv etdiyinə görə yaradılıb.

Türklər isə daha yaradıcı davranaraq Türkiyənin Türkcell operatoruna etiraz olaraq “Türkcell ucuzlaşsın deyənlər” qrupundan başqa sırf öz saytlarını reklam etmək üçün Türkiyənin ən güclü brendlərindən istifadə edərək “Türkcell kimisi yoxdur” səhifəsini yaradıblar, hansı ki, bu səhifədə məlumat hissəsində tamam başqa bir saytın adı, yeniliklər bölməsində isə lətifələr yerləşdirilibdir.

Jalə Nəcəfova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə