01.06.2010-cu il tarixində Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda AİF tərəfindən RİTN və Delta-Telekom şirkətinə göndərilən sorğulara verilən cavablar, Milli Net –Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişiklik, Google şirkətinə məxsus resurslarda Azərbaycanla bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında məsələlər müzakirə edilib.
Facebookda keçən həftələrdə açılan və müsəlman aləmində böyük təsir doğuran "Everybody Draw Mohammad Day" adlı qrup rəhbərlik tərəfindən ləğv edilib. Hər kəsi Hz.Muhammedin karikaturasını çəkməyə dəvət edən qrup bunu söz azadlığı ilə bağlamağa çalışırdı.
"Google" əməkdaşlarına "Microsoft" şirkətinin "Windows" əməliyyat sistemindən istifadə etməyi qadağan edib. Şirkət bunu öz resurslarının təhlükəsizliyini təmin etməsi ilə izah edir. Xatırladaq ki, Google bu ilin yanvar ayında çinli hakerlər tərəfindən şirkətin kompüter sistemi sındırılmışdı.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqının növbəti səlahiyyətli konfransında iştirak edəcək.
İyulun 2-də Cisco “Bölünmüş şəbəkələrdə proqramların iş sürətinin artırılması üçün Cisco WAAS-ın tətbiqi” mövzusunda internet-seminar (vebinar) keçirəcək.
Azərbaycanda İnternet radioların çox zəif inkişaf etdiyini, bunun da bir çox səbəbləri olduğunu hamımız bilirik. Bu səbəblərdən dolayı onlardan bəziləri isə yaradıldıqdan bir müddət sonra fəaliyyətlərini dayandırmışlar. Müsahibizim gənc təşəbbüskar NEXT FM radiosunun yaradıcısı Murad Qasimovdur. NEXT FM (http://nextfm.tk) Aprel ayının 4-ü 2009-cu ildə ilk demo efirini yayımlayıb. Təqdimatı isə həmin ili may ayında keçirilmiş “KörpüKamp” QHT və Media konfransında olub.
Uzun zamandır gözlənilən Mafia II üçün möhtəşəm bir trailer yaradıldı. NVIDIA PhysX adı verilən traileri mütləq izləyin. 24 Avqustda PC, PS3 və X360 üçün bazara çıxarılacaq Mafia II-nın yeni bir traileri yaradıldı. 2K Czech studiyası tərəfindən istehsal olunan traile, uzun zamandır ki, gözlənilirdi. Yeni yaradılan NVIDIA PhysX trailerdə, Mafia II-nın göstəricilərinə burdan baxa bilərsiz
Bugün səhərdən etibarən əsasən dünya müsəlmanları Facebook səhifələrinə və digər sosial şəbəkələrdə İsraili qınayan şəkillər və statuslar yerləşdiriblər. İnsanlar profillərinə qara şəkil və ya anti-İsrail bayraqları qoyublar. Bəzi istifadəçilər isə Adolf Hitlerin İsrail xalqı haqda dediyi sözləri statuslarına yazıb. Bu reaksiyanın daha da şiddətlənəcəyi gözlənilir.
Google 2010-cu ilin aprelinə qədər dünyanın 1000 ən populyar saytının adlarını açıqlayıb. Siyahıya Facebook sosial şəbəkəsi başçılıq edir. Şəbəkəyə hər gün orta hesabla 540 milyon adam daxil olur.
Müqavilənin şərtlərinə görə peykin inşası müqavilə imzalandığı gündən 26 ay ərzində həyata keçiriləcək və təxminən 87 milyon manata başa gələcək.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Elektron məktəb” (“E-Məktəb”) sistemi 10 məktəbdə tam istifadəyə verildi.
Bugünlərdə pakistanlı bir gənc "Facebook"dan qurtulmaq üçün sosial şəbəkənin alternativini yaradıb. Keçən həftə açılan saytın hazırda 83 min istifadəçisi var. Bu cür maraq sayt adminstrasiyasını təəcübləndirib. Saytın adı isə millatfacebook (www.millatfacebook.com) yəni halal "facebook" adlanır.
Azerfon-Vodafone yeni viktorinaya start verib. 04.07.2010-cu il tarixinə qədər davam edəcək viktorinada iştirak etmək üçün 7777 nömrəsinə SMS göndərin Ardınca sizə ünvanlanacaq suallara düzgün cavab verin və Dünya Çempionatına vəsiqə qazanın! Viktorinada hər gün oynanılır: Futbol ulduzları ilə birgə Dünya Çempionatının Finalını izləmək üçün biletlər...
Yaxınlarda yeni loqosunu ictimaiyyətə təqdim edən "Azercell Telecom" yeni kampaniyaya start verib. “2-qat GPRS” adlanan kampaniya 25 Avqust 2010-cu il tarixinədək davam edəcək. Bu tarixə qədər 10, 30 və 100 MB-lıq GPRS paketi sifariş edən "Azercell" istifadəçiləri ikincisini əlavə olaraq qazanacaq.
İlk qadağa İngiltərə yığma komandasının baş məşqçisi Kapellodan gəlib. Şəbəkələrdəki söhbətlərin futbolçuların əhvalına mənfi təsir edə biləcəyi düşünən məşqçi yığma düşərgəsində olan 30 oyunçunun hamısına Facebook və Twitter qadağası qoyub. Kapellodan sonra İspaniya yığma komandasının baş məşqçisi Visente Del Boske də analoji tədbiri görüb.