RİTN-nin məhkəməyə verilməsi məsələsi AİF-in gündəmindədir

02-06-2010 / 23:46

01.06.2010-cu il tarixində Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda AİF tərəfindən RİTN və  Delta-Telekom şirkətinə göndərilən  sorğulara verilən  cavablar, Milli Net –Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişiklik, Google şirkətinə məxsus resurslarda Azərbaycanla  bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında  məsələlər müzakirə edilib.


Toplantıda  ölkədə ADSL  istifadəçilərinin sayı  ilə  bağlı AİF tərəfindən edilən müraciətə RİTN-nin verdiyi  cavab  müzakirə olunub. Cavabda bir sıra informasiyalar açıqlansa da ,  internetin keyfiyyətinə ictimai nəzarəti gerçəkləşdirmək üçün  gərəkli olan əsas informasiyanın- Provayderlərin istifadə etdikləri  ATS –lərin  resursları haqqında  məlumatı verməkdən RİTN –nin imtina etməsi təəssüflə qarşılanıb. Provayderlərin ATS –lərdə istifadə etdikləri  telefonun xətlərinin sayı haqqında, xüsusilə dövlət  ATS- lərində istifadə olunan xətlər haqqında məlumatın təqdim edilməməsi internet ictimaiyyəti tərəfindən internetin keyfiyyəti üzərində ictimai nəzarətin gerçəkləşdirilməsində RİTN-nin maraqlı olmaması kimi dəyərləndirilib. Toplantıda informasiya sorğusuna  cavab vermədiyinə görə, həmçinin milli İnternet ünvanların qeydiyyatı ilə  bağlı qanunvericiliyin tələblərini kobud surətdə pozduğuna görə  RİTN-nin məhkəməyə verilməsi məsələsinin araşdırılması, ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımların davam etdirilməsi vacib hesab olunub.

Hər  bir  Provayder tərəfindən alınan internet trafikin həcmi ilə bağlı informasiyaların Delta-Telekom şirkətinin saytında yerləşdirilməsi istiqamətində atılan addımlar müsbət  dəyərləndirilib. // xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə