“Nokia” və “Yahoo!” onlayn servislər sahəsində əməkdaşlığa başladıqlarını elan edib. Şirkətlər elektron poçt, ani ismarıc mübadiləsi, kartlar, eləcə də naviqasiya servisləri üzrə bir-birini tamamlayacaq.
“Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə “təhsildə internet resursları” nominasiyası üzrə - 32, “müəllimlərin bloqları” nominasiyası üzrə isə - 19 layihə təqdim olunmuşdur.
Proqram vasitəsilə məktəbin müdiriyyəti, müəllimləri və digər valideynlər ilə interaktiv ünsiyyət saxlamaq, məktəbin fəaliyyəti ilə bağlı elanlar (valideyn iclasları, yığıncaqlar, iməciliklər) ilə tanış olmaq imkanı da vardır.
1 İyun 2010-cu il tarixindən etibarən Aztelekom İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərinin 36% endirilməsini planlaşdırır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliydən verilən məlumata görə, 24 may 2010 tarixinədək Azərbaycanda 10min 036 .az ilə bitən domen adı qeydiyyatdan keçib. Xatırladaq ki, son dəfə 11 yanvar 2010-cu il tarixində domen adları ilə bağlı məlumat verilmişdi. O zaman Azərbaycanda 9 min 278 domen qeydiyyatdan keçmişdi.
Dünyanın ən məşhur axtarış sistemi olan "Google"nin sorğusuna görə, 29 May Norveçin paytaxtı Oslo şəhərində keçiriləcək "Eurovision-2010" musiqi yarışmasında Azərbaycan 9-cu yeri tutacaq. Təxminlərə görə, birinci yer Almaniya, ikinci yer Gürcüstan, üçüncü yer isə İsveç olacaq.
HTC kompaniyasının yeniliyi olan personal cib kompyuteri HD2 artıq Bakı şəhərinin mağazalarında satılır. Telefon satışı üzrə ixtisaslaşmış mağazalar NLT və Telefon bu aparatı 1150 və 999 manata satır. Kompyuter satışı ilə məşğul olan Computex mağazalarında isə daha ucuz 699 manata almaq olar.
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti “46 günə Mercedes-Benz qazan” adlı yeni SMS-kampaniyasına start verir. Mayın 20-dən iyulun 4-nə qədər davam edəcək intellektual SMS-müsabiqədə, hər gün ən çox suala düzgün cavab verən və çox xal toplayan Bakcell abunəçiləri Nokia 5530 Xpress Music mobil telefonu və ya Toshiba Satellite L500 noutbuku qazanacaqlar
Elektron Təhsil Respublika müsabiqəsinin Təşkilat Komitəsi bildirir ki, Müsabiqəyə təqdim edilən resursların qeydiyyatı prosesi 21 may 2010-cu il tarixində başa çatıb. 22 may 2010-cu il tarixdən etibarən qeydiyyatdan keçən resursların 2-ci mərhələ üzrə qiymətləndirilməsi prosesi başlayıb. Bu mərhələdə Münsiflər heyəti və TK-nın formalaşdırdığı ekspertlər tərəfindən resursların ilkin qiymətləndirilməsi aparılacaq.
Delta Telekom Azərbaycanın internet resurslarının təqribən 90 faizini öz data-mərkəzinə keçirtməyi planlaşdırır
Fərid Şahbazlı: "Xeyr, qətiyyən belə bir hadisə baş verə bilməz. Çünki demokratiyanın səviyyəsi, söz azadlığının hüdudları baxımından Azərbaycanla Pakistanın müqayisəsi düzgün deyil." Əli Məmmədov: "Nə vaxt kimsə cürət edib anti-iqtidar siyasəti yürütsə və bu kütləviləşsə o zaman nəinki "Facebook"u hətta "Google" da qadağa qoyarlar."
Bu yaxınlarda yeni loqosuyla çoxlarını təəcübləndirən Azercell daha bir yeniliyə imza atıb. 4 milyondan çox istifadəçisi olan şirkət “4 milyon” kampaniyasını təqdim edib. Kampaniyanın şərtlərini təqdim edirik
Məşhur mail xidməti, astronomik istifadəçi sayıyla, sürətlə böyüməyə davam edir. Microsoft-un məlumatlarına görə, Windows Live-nin inkişaf etmiş e-poçt serveri olan Hotmailin istifadəçi sayı 359 milyonu keçib
Təqdim olunan yeni məhsulu müəyyən mənada Apple şirkətinin rəhbəri Stiv Cobsun ittihamlarına cavab hesab etmək olar.
Bu gün Bakı Slavyan Universitetində “Azərbaycanda Jurnalistika təhsili: dəyişikliklər və təmayüllər" Avropa Şurasının “Azərbaycanda Jurnalistika təhsilinin inkişafına dəstək” layihəsinin işığında” adlı beynəlxalq konfrans keçirildi. Universitetin rektoru proffessor Kamal Abdulllayev konfransı açaraq bildirdi ki, son bir ildə AŞ-nın layihəsi çərçivəsində tədris proqramının yeniləşdirilməsi, modulların hazırlanması istiqamətində xeyli iş görülüb. Konfans bu sahədə görülən işləri media ilə müzakirə etmək məqsədi ilə keçirilib.