Bu gün Bakı Slavyan Universitetində “Azərbaycanda Jurnalistika təhsili: dəyişikliklər və təmayüllər Avropa Şurasının “Azərbaycanda Jurnalistika təhsilinin inkişafına dəstək” layihəsinin işığında” adlı beynəlxalq konfrans keçirildi. Universitetin rektoru proffessor Kamal Abdulllayev konfransı açaraq bildirdi ki, son bir ildə AŞ-nın layihəsi çərçivəsində tədris proqramının yeniləşdirilməsi, modulların hazırlanması istiqamətində xeyli iş görülüb. Konfans bu sahədə görülən işləri media ilə müzakirə etmək məqsədi ilə keçirilib.
Avropa Şurasının “Azərbaycanda jurnalistika təhsilinin inkişafına dəstək” layihəsi ötən ilin mart ayından BSU-da BBC Dünya Xidməti Trust tərəfindən gerçəkləşdirilir. Donorları Norveç və Türkiyə olan bu layihənin əsas məqsədi Azərbaycanda jurnalistika təhsilini Bolonya prosesinin tələblərinə cavab verə biləcək səviyyəyə qaldırmaq, tədris proqramını təkmilləşdirməkdir.
Fotojurnalistika ilk dəfə olaraq tədris planına seçmə fənn kimi salınıb. Fulbrayt təqaüdçüsü olan Tomas Börns tələbələrə 2 ay müddətində fotojurnalistikadan təlimlər keçib və bugün tələbələrin çəkdikləri fotolardan ibarət sərginin açılışı olub. Konfrans başa çatsa da sərgi ayın sonuna qədər BSU-nun onilliyi münasibətilə açıq olacaq.
Jalə Nəcəfova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri