Rabitə və Informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, “Azərkosmos” ASC-nin yaradılması haqqında sərəncam iki strateji məqsəd daşıyır - Azərbaycanda kosmik sənayenin inkişafı və nəticə olaraq peykin kommersiya məqsədləri ilə istifadə olunması.
NEXUS-şirkəti "Facebook" üzvləri arasında foto müsabiqəyə start verib. 11 may - 1 iyun tarixlərində keçiriləcək. müsabiqədə siz də iştirak edə bilərsiniz. Bununçün "Facebook" sosial şəbəkəsində Nexus səhifəsinə daxil olun və öz çəkdiyiniz şəkli həmin yerdə yerləşdirin.
Son məlumatlara görə, istifadəçisi 300 milyon olan "Facebook"un nüfuzu yarım milyarda yaxınlaşır.
Türkiyə prezidenti Abdullah Gül Dünyanın ən məşhur sosial şəbəkələrindən olan «Twitter»ə üzv olub. Gül «Twitter» səhifəsinə bunları yazıb: «14 may həqiqi demokratiyaya keçməyimizin ildönümdür. Bu tarixdə Aydında olmağımız o baxımdan önəmlidir».
17 may Telekommunikasiya və İnformasiya cəmiyyəti günündə Netty 2010 Milli İnternet Mükafatının qalibləri müəyyənləşdi. Xeberler.az saytı Netty 2010 İnternet mükafatı alan saytların siyahısını təqdim edir.
“Firefox 4”-ün çıxış müddəti yaxınlaşdıqca haqqındakı xəbərlərin sayı da artır.
“Kasperski Laboratoriyası”nın məlumatlarına görə spamların yayılmasında ABŞ və Almaniya liderlik edir, lakin mart ayı ilə müqayisədə Amerika spamı 2,4% azalıb və 12,3% olmuşdur. Üçüncü yerdə Hindistan (11,7%), ondan sonra isə Vyetnam(11,6) ölkəsidir. “Kasperskiy Laboratoriyası”nda zənn edirlər ki, əgər bu ölkələrdən yayılan spamlar artmağa davam edərsə ABŞ-ı geridə qoya bilərlər. Sonrakı yerləri isə İtaliya (4,4%) və Rusiya (4,2%) tutur.
Internet bizi bir-birimizdən uzaq tutan divarları aradan qaldıran fantastik bir vasitədir. Bütün dünyada təzyiqə məruz qalan əhaliyə internet güc verir. İctimai etirazı, repressiya və insan haqlarına qarşı zorakılığı gizlətmək getdikcə daha da çətinləşir. Avtoritar və repressiv ölkələrdə mobil telefonlar və internet vətəndaşlara bütün məhdudiyyətlərə baxmayaraq, tənqidi fikirlərini ifadə etmək imkanı qazandırıb.
Zəif parol işlətmək: Lüğətdə tapa biləcəyiniz sözləri hətta sonuna rəqəm yazmaqla da istifadə etməyin. Əvəzinə böyük və kiçik hərfləri rəqəmləri və simvolları miks edərək parol yaza bilərsiz. Ən yaxşı texnikalardan biri sözün ortasına rəqəm əlavə etməkdir, məsələn bu nümunədə olduğu kimi: hO27usEs! Təvəllüdünüzü tam açıq şəkildə profilinizdə yayımlamaq Bu şəxsiyyət oğrularının ən ideal hədəfidir. Belə ki, onlar bu məlumatlardan istifadə etməklə sizing bank və ya kredit hesabınıza daxil ola bilərlər. Əgər siz təvəllüdünüzü daxil etmisinizsə profil səhivənizə daxil olun, Məlumat daha sonra isə Məlumatları Dəyişmək hissəsinə klikləyin.
Mozilla Corporation kampaniyasının icraçı direktoru Con Lilli (John Lilly) öz vəzifəsini tərk edəcəyi barədə bəyanat verib. All Things Digital bloqunun yazdığına görə o Greylock Partners investisiya fonduna partnyor kimi keçəcək. Mozillanın əməkdaşlarına Lillinin bloqda dərc edilmiş məktubunda açıqlayıb ki, yaxın vaxtlarda kompaniyadan gedəcək. Eyni vaxtda Mozilla Corporation kompaniyasının direktorlar şurasında öz yerini saxlayacağını da bildirib. O öz qərarını daha çox start up layihələrə işləmək istəməsi ilə açıqlayıb.
İnternetdə latın dilində olmayan (birinci eləcə də ikinci dərəcəli). Bu son 30 il ərzində İnternet aləmində baş verən ən vacib hadisədir. İnternetlə işin tənzimləməsi ilə məşğul olan beynəlxala ICANN təşkilatı latın əlifbasında olmayan domenlərin satışını elan edib. Belə ki, istifadəçilər həm birinci həm də ikinci dərəcəli domendən ibarət olan موقع.وزارة-الأتصالات.مصر adresinə daxil ola bilərlər.
Computex mağazası istifadəçilərə yeni HP TouchSmart 600-1055 modelini təqdim edir. Ən son texnologiyalarla zəngin olan bu komputerin prosessoru və monitoru birləşdirilib. Kompakt halında olduğu üçün istənilən yerdə istifadə etmək olar, lakin həmin yerdən kənarda isə ancaq bir kabel quraşdlrmaqla istifadə oluna bilər.
Azərbaycanda Facebook istifadəçilərinin sayı yüksək temlə artır. Facebaker.com saytının son məlumatlarına görə Azərbaycandan artıq 153 280 nəfər registrasiyadan keçib. Bu ilin ilk rübündə istifadəçilərin sayı 30 000 nəfər artıb. Bunun 62%-i kişilərdir.
Bakcell öz “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət” proqramının çərçivəsində abonentlərin SMS kampaniyasına başlayıb. Abonentlər 1155 nömrəsinə cavab yazmaqla uşaqlara yardım fonduna 1 manat (450 kontur) köçürüblər.