Bakcell öz “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət” proqramının çərçivəsində abonentlərin SMS kampaniyasına başlayıb. Abonentlər 1155 nömrəsinə cavab yazmaqla uşaqlara yardım fonduna 1 manat (450 kontur) köçürüblər.
Keçirilən televiziya kampaniyasından sonra Bakcell abonentləri 35min manat yardım ediblər. Bu pullar 2005-ci ildən Azərbaycanda Save the Children və Azərbaycan Təhsil Nazirliyi tərəfindən keçirilən “Uşaqların Tolerant Təhsili Proqramı” (UTTP) layihəsinə xərclənəcəkdir. Bu proqram tolerantlıq, əməkdaşlıq və sağlam həyat tərzi kimi dəyərlərin inkişafına yönəlmişdir.
Bakcell şirkəti bir ilə yaxın idi ki, Save the Children layihəsinin təhsilin səviyyəsinin yüksəldilməsinə yönəlmiş beş məktəbdə keçirdiyi layihəyə maliyyə yardımı göstərirdi. Layihənin reallaşdırılmasına dramatik və interaktiv təhsil metodlar vasitəsilə dərs keçən professional aktyorlar, müəllimlər cəlb olunmuşdu.
Nəticədə 150 şagird keçən həftə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən “Quşun hekayələri” adlı kukla teatrında iştirak etdilər.
Bakcell Stars Save the Children layihəsinə maliyyə yardımı göstərməyə davam edəcəyini və bütün abonentlərinə təşəkkürünü bildirib.
Bakcellin televiziya və SMS kampaniyaları gələn həftə sonu davam edəcəkdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri