Electronic Frontier Foundation təşkilatı ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA), prezident Corc Buş, vitse-prezident Dik Çeyni və digər yüksək vəzifəli məmurlara qarşı iddia qaldırıb. Təşkilat MTA-nın həmişəki kimi ABŞ sakinlərinə qarşı qeyri-qanuni olaraq elektron izləmə prosesini həyata keçirməsindən şikayət edib.
Qazaxıstanın baş naziri Kərim Məsimov nazirlik rəhbərlərinə saytlarda özlərinə şəxsi bloq açmaq barədə tapşırıq verib.
Broadcom 24 Mbit/s ötürmə qabiliyyətli Bluetooth AMP təqdim etdi
Azərbaycan AzerSat milli rabitə peykinin kosmosa buraxılması üçün icarəyə iki qlobal orbital mövqe götürməyi planlaşdırır. Bu barədə jurnalistlərlə söhbətdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Azərbaycanda gələcəkdə internet-xidmətlərin qiymətlərinin endirilməsinə dair məsələyə baxıla bilər. Bu bərədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Commercial Times nəşriyyatının xəbərinə görə, Fujitsu şirkəti Asiyanın bəzi mobil telefon bazarlarına çıxmağı planlaşdırır. Satışın əsas səbəbi Yypon bazarında tələbatın olmasıdır.
BBC Fars dilində televiziya xidmətinə başlayıb. BBC Persian TV kanalı hər gün səkkiz saat edirə çıxacaq. Bu verilişlər İran və Əfqanıstan üçün nəzərdə tutulub.
Rusiya prezidentinin gündəlik istifadə etdiyi saytlar arasında Qramota.ru, odnoklassniki.ru və vkontakte.ru kimi sosial şəbəkələr də var.
Saatlı rayonunda mərkəzi və 14 kənd Avtomat Telefon Stansiyasının (ATS) yenidən qurulması üçün “KAREL” şirkəti ilə müqavilə bağlanıb.
Azərbaycan dilini assimilyasiyadan qorumaq üçün yaxın zamanlarda dilimizə aid terminləri özündə toplayan xüsusi veb-portal yaradılacaq.
Müasir identifikasiya texnologiyaları beynəlxalq terrorizmlə mübarizəyə kömək edir
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2009-cu il yanvarın 1-dən ölkə ərazisində fəaliyyət göstərən bütün televiziya kanallarında Azərbaycan dilində yayımlanmayan filmlərin qadağan edilməsilə bağlı qərarına region televiziyaları əməl etmir.
Amerikalı fizik Uissner-Qrossun hesablamalarına görə, istifadəçi tərəfindən iki axtarış sorğusunun emalı zamanı atmosferə 14 qram karbon qazı tullanır.
Cari ilin aprelində məktəblilər arasında “Gənc kompüter istedadları” respublika müsabiqəsi keçiriləcək. Bu məqsədlə münsiflər heyətinin tərkibi də təsdiq edilib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Biləsuvar rayonunun Telekommunikasiya Qovşağının mərkəzi ATS-nin yenidən qurulması ilə bağlı tender elan edib.