Azərbaycan dilinə aid terminlər xüsusi veb-portalda toplanacaq

14-01-2009 / 12:22

  Azərbaycan dilini assimilyasiyadan qorumaq üçün yaxın zamanlarda dilimizə aid terminləri özündə toplayan xüsusi veb-portal yaradılacaq. Milli Elmlər Akademiyasının (MEA) İnformasiya Texnologiyaları İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, institut MEA-nın Rəyasət Heyətinin qərarı ilə "Azərbaycan terminləri" portalının yaradılması istiqamətində ciddi iş aparır. Sözügedən sahə üzrə mütəxəssislər veb-portalda yer alacaq terminlərin toplanması və saytın dizaynı üzərində çalışır.

  Məlumata görə, portalda Azərbaycan dilinin leksikonuna daxil olan ümumi istifadəli terminlərlə yanaşı, müxtəlif bilik sahələrinə aid terminlər də öz əksini tapacaq. Bəzi terminlərin qarşısında müəyyən qrammatik məlumatlar veriləcək və mənaları geniş şəkildə izah olunacaq. İnstitutda hesab edirlər ki, bu yolla müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların müvafiq xarici dillərin təsiri altında fərqli terminoloji mühitlərinin formalaşmasının qarşısı alınacaq.

   Qeyd edək ki, hazırda ölkədə 600-ə yaxın terminoloji lüğət var.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə