Fujitsu Siemens Computers qlobal iqtisadi böhranın təsirilə korporativ restrukturizasiyanın növbəti qurbanı oldu.
Azərbaycan Prezidenti İlham Əliyev respublikada kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı sərəncam imzalayıb.
Asustek bu ilin sonuna kimi ZX adı altında 12 düymlük ultra-nazik noutbuk buraxmağı planlaşdırır. Yeni noutbuk 10,2 düymlük Eee PC S101 modellərinə bənzəyəcək.
Nokia texnoloji geriliyə müharibə elan edərək inkişaf etməkdə olan ölkələrə yeni marketinq strategiyası hazırlayır. Şirkət bəzi ölkələrdə ucuz telefonlar satışa buraxacaq.
Sinxua agentliyinin məlumatına görə, Çin orbitə Yerin iki süni peykini buraxıb. Hər iki peyk metereoloji və hidroloji məlumatlar, eləcə də fəlakət ünsürlərinin monitorinqi üçün “Çançjen-2 din” daşıyıcı-raketi ilə buraxılıb.
Samsung öz Omnia telefonunu Koreyada buraxılış üçün hazırlayır və bu ölkə üçün xüsusi olaraq telefonun adını dəyişib T*Omnia qoyur. Yaponiya versiyasında olduğu kimi, bu telefonda da TV-tüner və 3,3 düymlük diaqonallı 480х800 piksel sensor ekran olacaq.
Google, Yahoo, Microsoft...axtarış sistemi rəqabətində nələr baş verir? ən son statistik göstəricilər...
Google Gmailə SMS göndərmə xüsusiyyəti əlavə edir. Yaxşı, bəs bu xüsusiyyətdən kimlər faydalana biləcək?
Microsoft və LG Electronics mobil texnologiyalar sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalayıblar. LG şirkətinin təmsilçiləri bəyan ediblər ki, müqavilə şirkətlərin elmi tədqiqatlarla, marketinq və servislə bağlı işlərinə aiddir.
Symantec, sürət və performans baxımından indiyə qədər misli görünməmiş yüksək standartlara sahib iki yeni həllin - Norton AntiVirus 2009 və Norton İnternet Security 2009-un Avropa, Orta Şərq və Afrika ölkələrində istifadəçilərin istifadəsinə hazır olduğunu bildirdi.
Firefox 2 istifadəçilərinə pis xəbər! Mozilladan Firefox 2 istifadəçilərini üzəcək şərh: Firefox 2 yetim qalacaq! İnternet Explorerdən sonra veb skaner bazarının ikinci öndə gedən olan Firefoxun 2. distributivini istifadə edən istifadəçilərə Mozilladan pis bir xəbər var. bu ilin sonundan etibarən artıq Firefox 2 üçün hər hansı bir aktuallaşdırma nəşr etməyəcək.
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə jurnalist-tələbələr və müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edib.
N79 Nokianın digər modeli olan N78-i əvəz edəcək. 5 meqapikselli kamera ilə yenilənən N79-da LED işıqlanma sistemi ilə də təmin olunub.
Bir Yapon firması, çox incə və bükülə bilən nəhəng plazmasıyla 2009-a damğasını vurmağa hazırlaşır.
Nokia şirkəti N85 telefonu ilə tanış olmayanlar üçün geniş məlumat verməyi qərara aldı. Artıq dəqiq məlumdur ki, telefon Carl Zeiss optikası ilə 5 meqapikselli kamera, ikilik diod işıqlanma, avtofokus və videoyazma imkanı, FM-transmitteri, microSD fleş-kart üçün yer, 3,5 mm ayırıcısı və TV-out-la təchiz olunub.