Azərbaycanda telekommunikasiya peyklərinin orbitə çıxarılmasına dair sərəncam imzalanıb

05-11-2008 / 11:53
Azərbaycan Prezidenti İlham Əliyev respublikada kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ölkənin telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılıb. Həmçinin sənədə əsasən Nazirlər Kabineti kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli və həmin sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Mənbə: mincom.gov.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə