Azərbaycan Memarlıq və İnşaat Universitetində NETCADCAMPUS yeni tədris mərkəzinin açılış mərasimi keçirilib.
Azərbaycan senzuralı İnterneti olan ölkələr siyahısına daxil edilib “Новости-Азербайджан” xəbər verir ki, DailyBits xəbər portalında İnternetdə güclü senzurası, eləcə də, Azərbaycan da daxil olmaqla nisbətən zəif senzuralı ölkələr siyahısı elan edilib.
Sun Microsystems korporasiyası təhsil seqmentinin müştərilərini birləşdirir. Təqdim etdiyi resurslardan biri Educonnection.org adını alaraq, informasiya və qabaqcıl metodikaların mübadiləsi platforması təqdim edir.
Azərbaycan internet məkanında yeni layihəyə start verilir. Noyabrın 11-də açılışı planlaşdırılan və Bunect (Business Connect) adlanan bu layihənin əsas məqsədi iş adamlarını bir yerə toplamaq və onlar arasında əlaqəni möhkəm və keyfiyyətli şəkildə təmin etməkdir.
ASUS şirkətinin rəsmi veb-saytında məlumat yayılıb ki, yaxın gələcəkdə korporativ müştərilərə hesablanan güclü və cəlbedici noutbuk meydana çıxacaq. ASUS inandırır ki, kompüterin gücü nəinki sənədlər və şəbəkədə serfinqlə iş üçün, həm də multimediya kontentindən istifadə etməklə təqdimatların keçirilməsinə kifayət edəcək.
Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək”Layihəsi çərçivəsində keçirilən Treninqlər başa çatıb. Treninqlərdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
Tayvan şirkəti olan Team Group özünün yeni Elite məhsullarını təqdim edib. Məhsullar Elite brendi altında satışa çıxarılacaq yeni DDR3 modullardır. Yeni DDR3 qurğuları həm noutbuklarda, həm də personal kompüterlərdə istifadə etmək olacaq.
“Nielsen Company” şirkəti TV/Internet Convergence Panel texnologiyasının köməkliyi ilə toplanan məlumatlar vasitəsilə aparılan araşdırmanın nəticələrini dərc etdirib. Qeyd edək ki, TV/Internet Convergence Panel bir ev daxilində həm internet həm də TV aktivliyini ölçmə texnologiyasıdır.
Google öz axtarış sisteminin imkanlarını genişləndirmək istəyir. Bu yaxınlarda şirkət skanerləşdirilmiş kağız sənədləri tanımağa və indeksləşdirməyə başlayıb. Google-un bloqunda deyilir ki, skanerləşdirilmiş sənədlərlə iş zamanı xüsusi optik tanıma texnologiyası tətbiq edilir.
Azərbaycan dilində yeni “Fanat.az” idman portalı yaradılıb. Bu saytda əsasən futbol haqqında məlumatlar yerləşdiriləcək. Bununla yanaşı, veb-resurs digər idman növləri ilə də bağlı informasiyalar verəcək.
Official Xbox Magazine məşhur Call of Duty oyunun yeni versiyasını hazırlayıb. Bu mərhələdə oyun istehsalçıları yenə ikinci dünya müharibəsinə qayıdıblar.
“Microsoft Azərbaycan” şirkəti Azərbaycan Təhsil Nazirliyi və Azərbaycan İnternet Forumu ilə birlikdə Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı pilot layihəni reallaşdırır.
Nokianın toxunuşlu ekranlı ilk telefonu 5800 XpressMusic digər ölkölərdən də əvvəl ilk olaraq keçdiyimiz çərşənbə günü Rusiyada satışa çıxdı. Moskvadakı Flagship mağazasında satışa təqdim edilən bu telefonlar yarım saatda tükənmiş. Ayrıca 900 adam da adını gözləmə siyahısına yazdırmış.
Bir ildən sonra Word və Excel pulsuz olacaq. 2009-cu ildə Microsoft Word, Excel, Power Point və One Note proqramlarının online versiyalarını Office Web Applications brendi altında çıxaracaq.
Virgin Atlantic aviaşirkəti Facebook sosial şəbəkəsində şirkəti və onun bəzi sərnişinlərini tənqid edən 13 işçini işdən qovması haqda xəbər verib.