Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

03-11-2008 / 18:23
“Microsoft Azərbaycan” şirkəti Azərbaycan Təhsil Nazirliyi və Azərbaycan İnternet Forumu ilə birlikdə Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı pilot layihəni reallaşdırır. Təhsil sahəsinə aid olan bu layihə Microsoft şirkətinin bütün dünyada həyata keçirdiyi “Сhild Safety Online” qlobal proqramının tərkib hissəsidir.
Layihənin əsas məqsədi ictimaiyyətin diqqətini uşaqların mümkün zərərli informasiya təsirindən qorunması üçün onların İnternetdən təhlükəsiz istifadəsi probleminə yönəltməkdən ibarətdir.
Layihənin icrası çərçivəsində xüsusi tədris materialları hazırlanır ki, həmin materiallarda müəllimlər, valideynlər və uşaqlar İnternetdən təhlükəsiz istifadə üzrə tövsiyə və qaydaları tapa bilərlər.
Mənbə: mincom.gov.az

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə