İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular
Cəmi 7600 nəticə tapildı!

Növbəti treninq

31.10.2008 [10:18]

Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində növbəti Treninq keçirilib. Treninqlərdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edir.

Yeni Nokia marağa səbəb oldu

31.10.2008 [12:00]

Çoxfunksiyalı mobil telefonlara maraq gün-gündən artır. Əvvəlki kimi indi də SonyEricsson, Motorola və Nokia şirkətlərinin telefon və smartfonlarına böyük tələbat var. Belə ki, yaxın zamanda Nokia E63 smartfonu telefon həvəskarlarını sevindirəcək.

ABŞ-ın 20% sakini onlayn-ödəmədən imtina edib

31.10.2008 [13:00]

National Cyber Security Alliance (NCSA) təşkilatının yeni araşdırmasında deyilir ki, əksər amerikalılar öz hesablarının itməsindən qorxaraq onlayn alış-verişdən imtina etmək qərarına gəliblər. Tədqiqatın nəticələrinə görə, ABŞ alıcılarının 20 faizi şəxsi hesablarının itməsindən o qədər qorxublar ki, internetdə alış-verişi məhdudlaşdırır ya da ümumiyyətlə ləğv edirlər.

Çinlilər Afrikada ilk WiMax şəbəkəsi quracaqlar

31.10.2008 [14:22]

Çində böyük telekommukasiya təchizatçısı ZTE Mavritaniya operatoru Chinguitel üçün 2,5 GHs WiMax şəbəkəsi quraşdıracaq. Bu şəbəkə həm Mavritaniyada, həm də bütün Afrikada ilk irihəcmli kommersiya reallaşdırması olacaq.

Mobil telefon üçün ən bahalı aksessuar !!!

31.10.2008 [17:00]

Mobil telefonların yaradıcıları və dizaynerləri adi aksessuarlardan başqa eksklüziv aksessuarlar da yaradırlar.

Google Earth proqramı artıq iPhone-da

31.10.2008 [19:00]

Indi artıq Apple iPhone kommunikatoru və iPod Touch mediasəsləndiricisinə malik olan istifadəçilərin də Google Earth proqramını yükləmək imkanı var. Əvvəllər isə bu proqramı yalnız stolüstü kompüterlərə yükləmək olurdu. Google Earth proqramını iTunes App Store xidməti vasitəsilə pulsuz yükləmək mümkündür.

HP və yeni Əməliyyat sistemi!?

30.10.2008 [10:12]

Kifayət qədər Avtoritetli jurnallardan biri sayılan BusinessWeek jurnalının dərcinə gorə HP kompaniyası yaxın vaxtlarda yeni əməliyyat sisteminin (OS) yaradılmasına başlayacaq.Bu kompaniyanın istehsal etdiyi notebook və stol üstü kompütürlərə öz əməliyyat sisteminin yazılması həyata keçiriləcək.

Dünyanın ən cəld işləyən yaddaş kartı!

30.10.2008 [09:25]

Bu yeni kartlar 100 , 64 , 32 Qb olacaq.Böyük tutuma malik olmasına baxmayaraq, qiqant surətinə malik oxuyub/yazma qabiliyyətli kartlar hesab olunur.100 QB yaddaş kartı 233x olmaqla 50M/s surətində işləyir.Yaddaş kartları üçün bu cur sürət inanılmaz bir həddir.

Biometrik informasiya haqqında” Qanunun icrası barədə fərman imzalanıb.

30.10.2008 [08:20]

Azərbaycan Prezidenti İlham Əliyev, “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə fərman imzalayıb. Fərmanla müəyyən edilir ki, “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilir.

Tələbə internetə pirat oyun yerləşdirdiyinə görə həbs olunub

30.10.2008 [12:27]

Rusiyanın “Vedomosti” qəzetinin verdiyi məlumata görə, Moskva Dövlət Universitetinin tələbəsi Danil Maksimenko kompüter oyunlarının pirat surətlərini İnternetdə yerləşdirdiyinə görə 2 il azadlıqdan məhrum olunub. Bu hadisə Rusiya Federasiyasında bu barədə açılmış ilk cinayət işi hesab olunur.

Google, Yahoo! və Microsoft internet istifadəçilərinin hüquqlarını qoruyacaqlar!

30.10.2008 [10:56]

Dünyanın iri İT-şirkətləri Şəbəkədə işləmə qaydalarını tərtib ediblər. Bu qaydalar vasitəsi ilə Google, Yahoo! və Microsoft şirkətləri internetdə söz azadlığını, eləcədə istifadəçiləri şəxsi həyatlarına müdaxilə hallarından qorumaq niyyətindədirlər.

Mobil telefon abunəçilərinin artım tempi stasionar telefon abunəçilərinin artımını bir neçə dəfə keçir

30.10.2008 [14:55]

Bu barədə jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov xəbər verdi. Onun sözlərinə görə, cari ildə stasionar telefonlardan istifadə edənlərin sayı 70 min nəfər artaraq 1,6 mln.-a çatıbsa, mobil telefon istifadəçilərinin sayı 1 mln. artaraq 5,5 milyon olub.

Super Talent USB yaddaş kartlarının yeni seriyasını təqdim edir

30.10.2008 [20:18]

Super Talent, USB yaddaş kartlarının yeni seriyasını təqdim edir. Orijinal məhsulları ilə seçilən Super Talent şirkəti 13, 32 və 64 Qb yaddaş həcminə malik yeni Luxio USB yaddaş kartlarını təqdim edib.

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar