Tələbə internetə pirat oyun yerləşdirdiyinə görə həbs olunub

30-10-2008 / 12:27
Rusiyanın “Vedomosti” qəzetinin verdiyi məlumata görə, Moskva Dövlət Universitetinin tələbəsi Danil Maksimenko kompüter oyunlarının pirat surətlərini İnternetdə yerləşdirdiyinə görə 2 il azadlıqdan məhrum olunub. Bu hadisə Rusiya Federasiyasında bu barədə açılmış ilk cinayət işi hesab olunur.
Belə ki, tələbə Rusiya Federasiyası Konstitusiyasının “Müəllif hüquqlarının pozulması” maddəsini pozaraq Assasin's Creed kompüter oyunlarının piratını yayıb. Rusiyanın oyun satışı və nəşriylə məşğul olan “Akella” kompaniyasının prezidenti Vladimir Kudrun sözlərinə görə, bu oyun rəsmi təqdimetmə mərasimindən 1 ay əvvəl İnternetə qoyulub. Internetdə yayılan oyunun bu yolla 100 mindən çox diski satılıb ki, istehsalat kompaniyası olan Ubisoft (Fransa) bundan 1 milyon ABŞ dollar zərər çəkib.
Araşdırma nəticəsində məlum olmuşdur ki, oyunun surəti “Akella”-nın ofisindən götürülüb ki, bunu da yalnız onun əməkdaşları edə bilərdi. Sonra həmin əməkdaş oyunu Maksimenkoya ötürüb.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə