Dell şirkəti xərcləri azaltmaq, gəlirləri çoxaltmaq məqsədilə kompüter istehsalı zavodlarını satmaq fikrindədir. Məlumatı yayan mənbə deyir ki, Dell növbəti 18 ay ərzində bütün zavodlarını sata bilər. Çox güman ki, zavodların alıcıları böyük Asiya şirkətləri olacaq. Şirkətin zavodları əsasən stolüstü kompüterlər sifariş edən korporativ müştərilər üçün işləyir
Adobe şirkətinin rəsmi saytı 23 sentyabrda Creative Suite 4 (CS4) paketinin təqdimatını keçirəcəyi haqda məlumat verdi. Təqdimat onlayn rejimdə keçiriləcək və onu bütün dünyanın internet istifadəçiləri izləyə biləcəklər. Artıq istifadəçilər, hazırlanmış xüsusi səhifədə öz elektron poçtunun ünvanını qoya bilərlər. Buraya təqdimat yayımının başlaması haqda məlumat gələcək.
Isveç-yapon şirkəti Sony Ericsson bütün arzulayanlara Sony Ericsson Xperia X1 rabitəçisi üçün yükləmələrin işlənilməsində iştirak etmək təklifi verdi. Istehsalçı təsdiq edir ki, Sony Ericsson Xperia X1 istifadəçilərin mobil telefonla qarşılıqlı əlaqəsinə yenilik əlavə edib. Bu öz zövqü ilə düzəldilə bilən interfeysin doqquz paneli sayəsində baş tutub.
Çoxlarının səbirsizliklə gözlədiyi Nokia şirkətinin N96 indekli smartfonu artıq satışdadır. Nokia N96 ikilik slayderlə quraşdırılıb və fin istehsalının güclü qurğusu hesab olunur.
DİN Cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini sahəsində, Polisin fəaliyyətində təkmilləşməsi sahəsində,vəziyyəti araşdırmaq üçün online sorğu keçirməyə başlayıb
Disklərin köçürülməsi üçün funksional proqramın yeni versiyası çıxıb. Cheetah DVD Burner bütün tanınmış və hətta çox yayılmamış Burn Blu-Ray, Dual Layer DVD, DVD və CD formatlarla işləyir. Bu proqramın köməyi ilə diskə köçürmələr etmək, MP3, WMA və WAV audiofayllarından toplular düzəltmək, DVD videolar yazmaq olar.
LG Electronics şirkəti öz alıcılarını dinamik 30000:1 kontrastlı W2284F monitorunun buraxılışı xəbəri ilə sevindirdi. Sürüşkən, parlaq korpuslu, şəffaf altlıqlı, yüngül işıqlandırılma ilə təchiz edilməsi, monitoru yandırıb-söndürən düymənin qeyri-adi, damcı şəklində olması - nəzərdən qaçmayan və iF Product Design 2008 tərəfindən hədiyyə ilə mükafatlandırılan aşkar üstünlüklərdir.
Çox zaman nəyisə yaddan çıxarmamaq üçün müxtəlif üsullara əl atırıq. Gündəliklər, elektron yazı kitabçaları, proqramlar - “xatırlatmalar” tərtib edirik. Artıq belə proqramların yeni versiyası – abcNotes proqramı buraxılıb. Burada xatırlatma yazıları monitorun ekranına “yapışdırılmış” rəngarəng kağızlardan – stikerlərdən (xatırlayıcı) ibarətdir.
Sony korporasiyası televizor istehsalının genişlənməsi haqda elan verdi. Ən nazik maye kristallı məhsul və Avropada ilk dəfə istifadə olunan OLED TV-ni təqdim etdi. Ilk model - HD-televizor BRAVIA ZX1 özündə yüksək funksionallıq və cəlbedici görkəm əks etdirir.
Qualcomm Amerika telekommunikasiya məhsulları şirkəti mobil telefon istifadəçilərinin daha gec-gec telefon dəyişdiyini görüb. Reuters xəbər verir ki, bu barədə şirkətin rəhbəri Pol Yakobs CNBC kabel televiziyasına müsahibə verən zaman söyləyib. Yakobsun sözlərinə görə, son zamanlar istifadəçilərin mobil telefonların dəyişmə tsikli uzadılıb.
Net Applications şirkətinin araşdırmalarına əsasən, veb-brauzerlər bazarında dəyişikliklər baş verib. Microsoftun son üç ay ərzində baş verən dəyişiklilərindən ən nəzərə çarpanı avqust ayında Internet Explorer-in payının 1 % azalmasıdır. Firefox, Safari və Opera rəqib brauzerləri isə əksinə, bazarda öz paylarını artırıblar.
Kembric Universitetinin kompüter laboratoriyasının əməkdaşı Riçard Kleyton əlifbanın ilk hərfləri ilə başlayan elektron ünvanlara, son hərflərə başlayan ünvanlara nisbətən daha çox spam məktubların daxil olduğunu təyin edib. Aparıcı internet-provayderin 8 ay ərzində müştərilərinə ünvanlanan yarım milyard elektron məktubun təhlilini aparan britaniyalı tədqiqatçı öz araşdırmalarında belə nəticəyə gəlib ki, elektron ünvanları “A” hərfi ilə başlayan istifadəçilərə daxil olan məktubların 35% məhz spamın payına düşür. “Z” hərfi ilə başlayan ünvanlara daxil olan elektron məktubların spam payı isə orta hesabla 20% təşkil edir.
Philips şirkəti Wake-Up Light – işıq saçan zəngli saatlar təqdim edib. Adi zəngli saatlardan fərqli olaraq, yeni qurğular səs siqnalı vermək əvəzinə işıqlanırlar.Təyin olunmuş vaxtdan 30 dəqiqə əvvəl saat tutqun işıq verməyə başlayır. Həmin vaxta yaxınlaşdıqda işıq daha aydın olur,
Yaponiyalı tədqiqatçılar “insan-kompüter” qarşılıqlı əlaqə sisteminin növbəti nümunəsini təqdim ediblər. Bu dəfə qarşılıqlı əlaqəni əllər, ultrasəs və xüsusi şüa verən qurğu vasitəsi ilə həyata keçirmək təqdim olunub. Toxunma əsasında işləyən üçölçülü sistemlərin bundan əvvəl də təqdim olunmasına baxmayaraq, bu sistemlərin işləməsi üçün xüsusi geyim və ya manipulyasiya və toxunmanı ötürən əlcəklər tələb olunurdu. Hazırda isə yaponiyalı mühəndislər qeyd edirlər ki, xüsusi geyim və əlcəklər ultrasəsli dalğalarla əvəz oluna bilər.Tərtibatçıların sözlərinə görə, onların sistemi demək olar ki praktiki istifadə mərhələsindədir və tez bir zamanda yeni işləmənin satışa çıxarılması mümkün olacaq.
NTV-nin məlumatına görə, Kembric universitetinin alimləri müəyyənləşdiriblər ki, arzuolunmaz məktubların gəlməsi elektron poçtun birinci hərfindən asılıdır. Spamların 40 faizi A, M, S, P hərfləri ilə başlayan e-mail-lərə göndərilir.