Kembric Universitetinin kompüter laboratoriyasının əməkdaşı Riçard Kleyton əlifbanın ilk hərfləri ilə başlayan elektron ünvanlara, son hərflərə başlayan ünvanlara nisbətən daha çox spam məktubların daxil olduğunu təyin edib.
Aparıcı internet-provayderin 8 ay ərzində müştərilərinə ünvanlanan yarım milyard elektron məktubun təhlilini aparan britaniyalı tədqiqatçı öz araşdırmalarında belə nəticəyə gəlib ki, elektron ünvanları «A» hərfi ilə başlayan istifadəçilərə daxil olan məktubların 35% məhz spamın payına düşür. «Z» hərfi ilə başlayan ünvanlara daxil olan elektron məktubların spam payı isə orta hesabla 20% təşkil edir. Həmin vəziyyət hətta eyni poçt serveri ilə işləyən istifadəçilərdə də müşahidə olunur.
Bu cür tendensiyanın dəqiq səbəblərini açıqlamaqda çətinlik çəkən araşdırmanın müəllifi, buna baxmayaraq hesab edir ki, bir çox spamerlər dəqiq ünvanları bilmədiklərinə görə xüsusi lüğətlərdən istifadə edirlər. Göndərişlər əlifba üzrə həyata keçirilsə də onun sonuna kimi tək-tək hallarda çatılır.
Buna təsdiq olaraq, tədqiqatçı əlifbanın bəzi həriflərinin spamerlər arasında daha populyar olması faktını diqqətə çatdırır. Məsələn, «R», «P», «S» və «M» hərfləri ilə başlayan ünvanların sahibləri müntəzəm olaraq öz elektron qutularından 40% qədər xoşagəlməz məktubları silmək məcburiyyətində qalırlar.
Bununla yanaşı R.Kleyton qeyd edir ki, onun aşkar etdiyi tendensiya hər zaman müşahidə olunmur. Belə ki, spam həcmi, həmişə olduğu kimi, istifadəçi tərəfindən öz elektron ünvanını müxtəlif şəbəkə resurslarında saxlamasından asılı olur, RİA Novosti yazır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri