Beynəlxalq kosmik stansiyanın portativ kompüterlərinə virus düşüb. “Bu, nadir hallarda baş verir, lakin birinci dəfə deyil” - ABŞ-ın kosmik idarəsinin təmsilçisi Kelli Xempriz bəyan etdi.
Internetdə belə bir məlumat yayılıb ki, sentyabrın 9-da Apple yeni məhsullar təqdim etməyə hazırlaşır. Məşhur onlayn resursu Digg.com-un yaradıcısı Kevin Rouz öz bloqunda xəbər verir ki, Apple, iTunes proqramının səkkizinci versiyasını təqdim etmək fikrindədir. Proqram yeni funksiyalarla təchiz olunacaq. Qeyd olunur ki, iTunes 8.0 istifadəçilərin üstünlüyünü göstərəcək və kompüter istifadəçisinə musiqi seçimi barədə tövsiyələr verəcək.
Adobe şirkəti rəqəmli foto və videoların üzərində işləmək üçün Adobe Premiere Elements və Photoshop Elements 7.0 versiyalarını buraxıb. Proqramları ayrılıqda və ya birlikdə - bir bağlamada əldə etmək mümkündür. Bu proqram istifadəçilərinin Photoshop.com resursuna çıxışı olacaq. Buradan onlar şablonlar yükləyə, faydalı məsləhətlər və dərslər ala bilərlər.
Tezliklə, meksikalılar portmanatlarını evdə qoyub mağazalarda, restoranlarda, taksilərdə mobil telefonun köməyi ilə pul ödəyəcəklər. Meksikanın yerli KİV-nin dediyinə görə, bu fikir mobil əlaqə operatorları tərəfindən irəli sürülüb. Onlar xidmətin reallaşmasında yerli banklarla əməkdaşlıq etmək niyyətindədirlər.
Microsoft korporasiyası Internet Explorer 8.0 brauzerinin növbəti versiyasını təqdim etdi. Əsas yeniliklərdən Activities, WebSlices, Favorites Bar, Automatic Crash Recovery, eləcə də Improved Phishing Filter-i göstərmək olar. Activities seçilmiş materialı interaktiv rejimdə veb-səhifələrlə bağlamağa imkan verən interaktiv menyunu təqdim edir.
NVIDIA-nın digər həmkarları kimi Micro-Star International (MSI) şirkəti GeForce 9400 GT qrafik adapterinin elanından sonra öz yenilikləri barədə xəbər verməyə tələsdi. Istehsalçı etalon nümunədən çox fərqli dörd model təqdim etdi. Hər sürətləndirici qeyri-standart qırmızı rəngdə, G96 çipində, 16 potoklu prosessorlarla təchiz olunub, PCI Express 2.0 х16 şinindən istifadə edir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın Avropa Şurasının «Kibercinayət haqqında» Konvensiyaya qoşulması ilə əlaqədar seminar keçirməyi planlaşdırır.
Panasonic şirkəti yaxınlarda Blu-ray rekorderinin və videomaqnitofonunun imkanları ilə üst-üstə düşən DMR-BR630V universal qurğusunun satışına başlamağı planlaşdırır. Panasonic DMR-BR630V Blu-ray formatı, sürəti 6x olan optik ötürücü və DVD qoymaq imkanı ilə təchiz olunub.
15-18 oktyabr 2008-ci il tarixində Sank-Peterburqda “Tibbdə İnternet” ilə bağlı VIII Beynəlxalq konqres (MedNet—2008) keçiriləcək. Rusiya ilk dəfədir ki, tibb sahəsində mobil texnologiyaların istifadəsinə aid bu böyük forumu qəbul edir.
Canon şirkəti PowerShots sırasından olan yeni üç model təqdim etdi - A1000 IS, A2000 IS və E1. Hər üç model optik stabilizatora malikdir və AA standartlı batareyalarla qidalanır. E1 modeli retro şəkildədir. 10 meqapikselli sensorla, 4 tərəfli zumla, 2,5 düymlük ekranla təchiz olunub. Funksiyalara üzü tanıma və Easy Mode rejimi daxildir ki, onun vasitəsilə hərəkət zamanı işıqlandırmadan asılı olan ekspozisiyalar ən əlverişli vəziyyətə gətirilir.
NVIDIA videokartların qiymət məsələlərində öz mövqeyini möhkəmlətmək üçün keyfiyyət baxımından sələfi GeForce 8 Series-dən iki dəfə böyük olan yeni GeForce 9400 GT qrafik adapterini buraxdı. Yeni adapter Windows Vista-nın bütün tələblərinə cavab verən, G96 videoçipi əsasında qurulan, DDR2 yaddaşlı, 512 Mb həcmli, 128 bitlik interfeysdən ibarət olan qurğudur. Bununla belə, sürətləndirici, PCI Express 2.0 х16 şinindən istifadə edir, 550/1400/400 tezliyində, 50 Vt maksimal gücü ilə işləyir.
Sony Ericsson şirkəti PlayNow Arena servisinin köməyi ilə mobil telefonlar üçün musiqilər, oyunlar, şəkillər və mətnlər buraxdı. Arena-nın diqqət çəkən xüsusiyyəti musiqiləri surətçəxarmadan qorumayaraq çıxarmasıdır. Yəni musiqinin surətini asanlıqla çıxarıb yaymaq mümkündür.
IDG News-ın məlumatına görə, çinlilər 2010-cu ildə bir petaflop gücündə xüsusi superkompüter buraxmaq niyyətindədirlər. Sistem hazırda üzərində iş gedən Çin prosessorları - Godson 3 əsasında quraşdırılacaq.
Multimedia Mərkəzi tərəfindən «Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək» Layihəsi çərçivəsində keçirilən Treninqlərin birinci mərhələsi başa çatıb. Treninqlərdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib. Bu mərhələdə keçirilən sonuncu Treninqin mövzusu Jurnalistlərin mobil texnologiyalardan səmərəli və effektiv istifadəsinə həsr olunub.
Nokia rəsmi olaraq yeni mobil telefon – Nokia N85 modelini təqdim etdi. Bu model 2,6 düymlük AM OLED displeyi ilə 16 mln. rəng əks etdirməyə və 5 meqapikselli kameraya malikdir. Oyunlara gəldikdə isə, telefonun N-Gage üçün xarakterik olan oyun düymələri və 10 standart demo-oyunu var ki, bunlardan birini istifadəçi pulsuz seçə bilər.