Çinlilər xüsusi prosessorlardan superkompüter yığacaqlar

27-08-2008 / 16:50
IDG News-ın məlumatına görə, çinlilər 2010-cu ildə bir petaflop gücündə xüsusi superkompüter buraxmaq niyyətindədirlər. Sistem hazırda üzərində iş gedən Çin prosessorları - Godson 3 əsasında quraşdırılacaq.
Çin elmlər akademiyası nəzdində hesablayıcı texnika İnstitutunun təmsilçisi, Hot Chips konfransında çıxış edərək, Godson 3 prosessorunun dördnüvəli olacağını bildirib. Onun hazırlanmasının başa çatması gələn il üçün planlaşdırılır.
Hazırda çinlilər ST Microelectronics Avropa şirkətinin iştirakı ilə hazırlanan Godson 2f prosessorunu istehsal edirlər. Bu çip 40 müxtəlif qurğuda istifadə olunur. Bazarda o, Loongson adı ilə tanınır.
Dünyanın ən güclü superkompüteri 1,026 petaflopla maksimal keyfiyyətə malik IBM Roadrunner kompüteridir. O, 12 min 960 Cell və 6948 ikinüvəli AMD Opteron prosessorlarından ibarətdir. IBM Roadrunner Amerika hərbçiləri tərəfindən müxtəlif növ silahların modelləşdirilməsi təcrübəsində istifadə olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə