“Chrome” brauzerində valideyn nəzarəti funksiyasına malik hesablar yaratmaq imkanı mümkün olub. Bu haqda brauzerin rəsmi bloqunda məlumat dərc edilib.
“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Təlimlərə start verilib. Təlimlərin açılış mərasimində RİTN-nın nümayəndəsi Kamal Məmmədov, Azərfon şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai, AMEA İnformasiya Texnologiyaları institutunun Təlim Mərkəzinin direktoru Rəsmiyyə Mahmudova, AİF prezidenti Osman Gündüz və Təlimçilər iştirak ediblər.
Azərbaycanın ilk telekommunikasiya peykinə daha bir televiziya kanalı qoşulub. Türkiyənin “FOG TV”-si də “Azərspace-1” peyki vasitəsilə yayımlanmağa başlayıb.
“Yahoo!” şirkəti “Microsoft” korporasiyası ilə axtarış sistemi sahəsində əməkdaşlıq üzrə razılığı pozub və məhkəmə dinləmələri ilə nəticələnib.
2014-cü ilədək Yaponiyanın məişət elektronikası istehsalçısı “Panasonic” şirkəti yarımkeçiricilərin istehsalı ilə məşğul olan əməkdaşlar ştatını iki dəfə azaldacaq və xarici aktivlərdən imtina edəcək.
Azərbaycan Texniki Universiteti dekabrın 10 və 11-də “Azərbaycanda yüksək texnologiyaların texniki-iqtisadi problemləri” mövzusunda respublika elmi konfransını keçirəcək.
Məlum olduğu kimi 7 – 9 Noyabr 2013-cü il tarixlərində Bakıda Startup Günləri keçiriləcək. Startup Günləri çərçivəsində keçiriləcək tədbirlərə hazırlıq məqsədilə Startup Azərbaycan Təşkilat Komitəsi üzvlərinin , ekspertlərin və mentorların birgə görüşü keçirilib.
“Nokia” şirkəti Əbu-Dabidə keçirilən illik “Nokia World” təqdimat mərasimində “Lumia 1520” və “Lumia 1320” smartfon modellərini nümayiş etdirib.
Bakı Dövlət Universitetində (BDU) \"İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013\" VII Beynəlxalq Konfrans öz işinə başlayıb. \"AICT 2013\" konfransı informasiya-kommunikasiya texnologiyaları (İKT) və xidmətləri barədə yenilikçi ideyaları və müxtəlif mövzuları müzakirə etmək üçün iş adamları, tədqiqatçılar, alimlər və sahə üzrə peşəkarları bir araya gətirmək üçün bir forumdur.
Tayvanın “BenQ” kompüter texnikası istehsalçısı 2008-ci ilin ikinci yarısında tərk etdiyi mobil telefonlar bazarına qayıtmaq niyyətindədir.
“Glassdoor” analitik şirkətinin məlumatına görə, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq hazırda Amerikanın böyük şirkətləri arasında ən yaxşı rəhbərdir.
Sape.ru istinadlar birjasının təsisçiləri Roman Abramoviçin strukturları ilə birgə “ImpulseVC” sərmayə fondu və həmçinin layihələrin dəstəklənməsi üçün akseleratorla inkumator yaradıblar.
Azərbaycan nümayəndə heyəti İndoneziyada keçirilən “Körpülərin qurulması: çoxtərəfli əməkdaşlıqda hökumətlərin rolu” mövzusunda 8-ci İnternet İdarəçiliyi Forumunda iştirak edir.
Multimedia Mərkəzinin həyata keçirdiyi dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir.
Texnologiya və ünsiyyət nəhəngi Apple maraqla gözlənilən iPad-ni tanıtdı. Hər kəsin maraqla gözlədiyi yeni iPad-in adı \"iPad Air\"dir. iPad Air əvvəlki iPad-ə nisbətən daha yüngül və 25% daha incədir.