"Sape.ru" istinadlar birjasının təsisçiləri Roman Abramoviçin strukturları ilə birgə “ImpulseVC” sərmayə fondu və həmçinin layihələrin dəstəklənməsi üçün akseleratorla inkumator yaradıblar. “ImpulseVC” əsas məqsədi ildə 50 layihənin dəstəklənməsini təmin etməkdir. Onların hər biri şirkətdə 7-15%-ə 25-100 min dollara, ən yaxşıları isə böyük həcmdə sərmayələr - 500 min dollardan başlayaraq 25-35%-lə iddia edə bilər.
“ImpulseVC” fondunun arxasında “Sape.ru”nun təsisçiləri və onun hazırkı sahibləri durur. Ümumilikdə 65 milyon dollar sərmayə qoymağa hazır olan sərmayədarların siyahısına Abramoviçin strukturları ilə yanaşı, bir sıra biznesmenlər daxildir.
Bu, rəsmən təsdiqlənməsə belə, dəqiq məlumdur ki, öncə “Millhouse” və “Invest AG” fondu “Mail.ru Group”dan “Sape.ru”nun 30%-ni alıb. Hazırda 2007-ci ildə yaradılmış istinadlar birjasının 100%-i “Edvintek Limited” şirkətinə məxsusdur.
Analitiklərin qiymətləndirmələrinə əsasən, Roman Abramoviçin strukturlarının internetə olan marağı əsaslanmışdır – xammal sektorunda xərclərin artım tempi aşağıdır, eyni zamanda dövlətin bu biznesdə iştirakı maneə törədir. İnternet-layihələr isə ən dinamik və “azad” bazardır.(ictnews.az)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri