Azərbaycanda martın 29-da Regional Rabitə Birliyinin (RRB) rabitə iqtisadiyyatı komissiyası üzrə 31-ci iclası keçiriləcək. Naxçıvanda keçiriləcək iclasdan öncə, 27-29 mart tarixində, Beynəlxalq Telekommunikasiya İttifaqının \"Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT İndikatorlarının unifikasiyası\" mövzusunda seminarı keçiriləcək.
Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq İdarəetmə Komitəsinin rəsmi saytında Azərbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilib. Artıq bütün dünya üzrə istifadəçilər 2012-ci ilin oktyabrından Azərbaycan Respublikasının açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılıb.
Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.
Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərin və sürücülərin yollardakı hərəkətinin rahatlaşdırılması məqsədilə mobil qurğular üçün proqram təminatını istifadəyə verib.
\"Adobe\" şirkəti \"ağıllı\" telefonlar üçün \"Adobe Photoshop Touch\" tətbiqini istifadəyə verib.
Amerika Birləşmiş Ştatlarının Smitsan İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncədə səfərdə olub. Publika.Az-ın məlumatına görə, bu barədə AMEA Gəncə Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə bildirib.
Mobil rabitə şəbəkələrində nömrə daşınmasının tətbiqinə bu il aprel ayının 1-dən başlanıla bilər. Bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazirin sözlərinə görə, bu sahədə artıq müsbət addımlar atılıb:
Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsi fəaliyyətə başlayıb. Ölkəmizin Qırğız Respublikasındakı Səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, rəsmi veb səhifəsi ilk önçə səfir Hidayət Orucovun ön sözü ilə acılır.
Azərbaycanda evə həkim çağırmaq proseduru rahatlaşacaq Azərbaycanda evə həkim çağırmaq proseduru rahatlaşacaq. Artıq “103” xidmətinə zəng vurarkən ünvanı deməyə ehtiyac qalmayacaq.
Sabah Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa İttifaqı Şərq Tərəfdaşlığının \"Demokratiya, yaxşı idarəçilik və sabitlik\" Platformasının \"Dövlət idarəçiliyi sahəsində islahatlar\" paneli çərçivəsində \"E-qəbul sistemləri və digər e-hökumət alətləri\" mövzusunda seminar təşkil edəcək.
Microsoft korporasiyası Windows 7 əməliyyat sisteminin istifadəçiləri üçün İnternet Explorer brauzerinin 10-cu versiyasını çıxarıb.
2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Artıq bu sektor ölkəmizdə ən prioritet sahələrdən biri hesab edilir.
«Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz. Prezidentin 5 fevral 2013-cü il tarixli Fərmanında RİTN və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq “2013-2015- ci illərdə “Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasına münasibətini bildirib.
Azərbaycanın ali və orta ixtisas məktəblərində informasiya - kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı hələ də mərkəzlə bölgələrin müqayisəsində mühüm problemlərin olduğunu açıqlanıb. Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov APA-ya açıqlamasında deyib ki, “mərkəz və region” problemi yalnız Azərbaycanda deyil, dünyanın digər dövlətlərində, o cümlədən ABŞ və Qərbi Avropa ölkələrində də var.