“Elektron hökumət layihəsi uğursuz oldu”

27-02-2013 / 16:19

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Prezidentin 5 fevral 2013-cü il tarixli Fərmanında RİTN və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq 2013-2015- ci illərdə “Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasına münasibətini bildirib.

Osman Gündüz Xeberler.az-a açıqlamasında bildirib ki, “Elektron hökumət”qurucuğu üzrə bir neçə il öncə başlanan 15 milyonluq bir layihə uğursuz oldu. Fikrimcə, bunun səbəblərindən biri layihənin icrası ilə bağlı işlərin tam qapalı və qeyri-şəffaf keçirilməsi idi. Vətəndaş Cəmiyyəti, hətta xeyli dövlət qurumlarını da bu Layihədən kifayət qədər uzaq saxlamağa çalışdılar.

Güman ki, 15 milyonluq Layihədə icra edə bilmədiklərini bu yeni proqrama yenidən daxil edib büdcədən vəsait istəməyə çalışacaqlar.

Osman Gündüz qeyd edib ki, indiki proqramın hazırlanmasında da bir qapalılıq hiss olunur. Hələlik bilinən budur ki, RİTN –də bu istiqamətdə , demək olar ki əvvəlki qaydada, qapalı şəraitdə, Nazir müavinlərinin rəhbərliyi ilə yalnız dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə bir toplantı keçirilib. Məhz bununla bağlı əvvələr edilmiş müraciətə baxmayaraq Vətəndaş Cəmiyyətinə qabaqcadan bu haqa məlumat verilməyib.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə