Yaxınlarda Google Maps və Google Earth servislərinin şəkillərinin keyfiyyəti yüksələcək. Reuters-in məlumatına görə, GeoEye şirkətinin buraxdığı peyk Google-a daha dəqiq şəkillər verəcək. Hər iki şirkətin loqotipləri peyk orbitə qalxarkən orada olub.
Şərh: 0ABŞ-dan fəzaya yüksək tələblərə cavab verən fotokameralarla peyk buraxılıb. GeoEye-1 Peyki yerə ağ-qara və rəngli şəkillər buraxa bilər. Qeyd olunur ki, o, Yerin səthinin 40 sm-dən böyük olmayan ağ-qara şəkilini çəkə bilər. Rəngli şəkillərin çəkilişi nisbətən azdır.
Şərh: 0Kembric Universitetinin kompüter laboratoriyasının əməkdaşı Riçard Kleyton əlifbanın ilk hərfləri ilə başlayan elektron ünvanlara, son hərflərə başlayan ünvanlara nisbətən daha çox spam məktubların daxil olduğunu təyin edib. Aparıcı internet-provayderin 8 ay ərzində müştərilərinə ünvanlanan yarım milyard elektron məktubun təhlilini aparan britaniyalı tədqiqatçı öz araşdırmalarında belə nəticəyə gəlib ki, elektron ünvanları “A” hərfi ilə başlayan istifadəçilərə daxil olan məktubların 35% məhz spamın payına düşür. “Z” hərfi ilə başlayan ünvanlara daxil olan elektron məktubların spam payı isə orta hesabla 20% təşkil edir.
Şərh: 0Yaponiyalı tədqiqatçılar “insan-kompüter” qarşılıqlı əlaqə sisteminin növbəti nümunəsini təqdim ediblər. Bu dəfə qarşılıqlı əlaqəni əllər, ultrasəs və xüsusi şüa verən qurğu vasitəsi ilə həyata keçirmək təqdim olunub. Toxunma əsasında işləyən üçölçülü sistemlərin bundan əvvəl də təqdim olunmasına baxmayaraq, bu sistemlərin işləməsi üçün xüsusi geyim və ya manipulyasiya və toxunmanı ötürən əlcəklər tələb olunurdu. Hazırda isə yaponiyalı mühəndislər qeyd edirlər ki, xüsusi geyim və əlcəklər ultrasəsli dalğalarla əvəz oluna bilər.Tərtibatçıların sözlərinə görə, onların sistemi demək olar ki praktiki istifadə mərhələsindədir və tez bir zamanda yeni işləmənin satışa çıxarılması mümkün olacaq.
Şərh: 0Çin Elmlər Akademiyası nəzdində elektron-hesablayıcı maşınlar institutu və “Şuquan” informasiya texnologiyaları şirkəti yüksək sürətli kompüter icad edib. Kompüter saniyədə 100 trilyon əməliyyat həyata keçirmək imkanına malikdir.
Şərh: 0NVIDIA-nın digər həmkarları kimi Micro-Star International (MSI) şirkəti GeForce 9400 GT qrafik adapterinin elanından sonra öz yenilikləri barədə xəbər verməyə tələsdi. Istehsalçı etalon nümunədən çox fərqli dörd model təqdim etdi. Hər sürətləndirici qeyri-standart qırmızı rəngdə, G96 çipində, 16 potoklu prosessorlarla təchiz olunub, PCI Express 2.0 х16 şinindən istifadə edir.
Şərh: 0IDG News-ın məlumatına görə, çinlilər 2010-cu ildə bir petaflop gücündə xüsusi superkompüter buraxmaq niyyətindədirlər. Sistem hazırda üzərində iş gedən Çin prosessorları - Godson 3 əsasında quraşdırılacaq.
Şərh: 0San-Fransiskoda keçirilən İDF-in konfransında şirkətin vitse-prezidenti Patrik Gelsinger elan etdi ki, altınüvəli prosessor - Xeon sentyabrda buraxılacaq. Dunnington kod adı altında olan prosessor X7460 Xeon çipinin bünövrəsi, 45 nm texnologiyası əsasında qurulub.
Şərh: 0ThinkPad X300 modelinin alıcıları üçün yeni X301 indeksli noutbuk gəlir. Mobil platforma Centrino 2-dən və Intel Core 2 Duo-nun əlverişli proqressiv prosessorlarından istifadə etməsi, DDR3-1066 MHs yaddaşlı olması imkanları noutbukun sələflərində yoxdur.
Şərh: 0İntel nazik noutbuklar üçün Core 2 Duo prosessorlarını təqdim edib. SU9300 və SU9400 modellərinin hər ikisi 800 MHs-lik şin üzərində işləyir və ikinci dərəcəli, keş yaddaşlı, 3 Mb-lıq ölçüdədir. Birinci çipin tezliyi 1,2 GHs, ikincininki isə 1,4 Ghs-dir. Adı çəkilənlərlə yanaşı SL9300, SL9400, SP9300 və SP9400 modelləri də buraxılıb. Bu prosessorlar 1066 MHs şin üzərində işləyir və iki dəfə böyük keşə malikdir. Tezlikləri isə modeldən asılı olaraq 1,6-2,4 GHs arasında dəyişir.
Şərh: 0