İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 7

Virtual səsvermə və… Namized.com haramzadalığı

31.10.2010 [17:09]

Fontu böyüt:      

Builki Milli Məclis seçkiləri söz yox ki, öncəkilərdən xeyli fərqlənir. Xüsusən daha sakit bir atmosferdə keçməsi, bütün namizədlər üçün İTV-də dörd dəqiqəlik pulsuz efir vaxtının ayrılması, bütün səviyyələrdən olan seçki komissiyalarının öz işlərinə daha səliqəli yanaşması və xüsusi ajiotajın yaşanmaması bu seçkilərin ciddi ağrısız başa çatacağına işarədir.

Builki Milli Məclis seçkiləri söz yox ki, öncəkilərdən xeyli fərqlənir. Xüsusən daha sakit bir atmosferdə keçməsi, bütün namizədlər üçün İTV-də dörd dəqiqəlik pulsuz efir vaxtının ayrılması, bütün səviyyələrdən olan seçki komissiyalarının öz işlərinə daha səliqəli yanaşması və xüsusi ajiotajın yaşanmaması bu seçkilərin ciddi ağrısız başa çatacağına işarədir. Söz yox ki, tənqidlərə də yer olacaq. Ancaq bizim məqsədimiz tamam başqa və çox zaman da birilərinin ağlına belə gəlməyən məsələ haqqında danışmaqdır.

Beləliklə, builki seçkilərin özəlliklərindən biri də çağdaş informasiya-kommunikasiya texnologiyalarından maksimum yararlanmağa cəhdlərin olmasıdır. Bir çox namizədlərin bu haqda təsəvvürləri olmasa belə az sayda da olsa deputatlığa iddialı şəxs İnternetin gücünü tam olaraq səfərbər edə bilib. Onların sırasında ən öndə gələnlərdən biri və çox zaman da birincisi bu sətirlərin müəllifi olan bəndənizdir. Artıq Azərbaycanda və ondan kənarda hamı birmənalı qəbul edir ki, özünün İKT sahəsində bilik, bacarıq və imkanlarını səfərbər edib seçki kampaniyasına yönəltməkdə önə çıxan bu şəxs öz dairəsində birmənalı favoritdir və onun bu seçkilərdə məğlub olmasından söhbət belə gedə bilməz. Lakin sözümüz bunda da deyil.

Bizim toxunacağımız məsələ ilk dəfə olaraq geniş şəkildə və bütün dairələr üzrə İnternetdə səsvermənin təşkil edilməsidir. Bu səsverməyə haram əl uzanmasa doğrudan da İKT sahəsinin ən öndə gələnləri gerçək qələbələrini qeyd edə biləcəklər. Və əlbəttə ki, bir daha qeyd etmək istərdik ki, bəndəniz bu səsvermələrdə birmənalı şəkildə öndədir və əslinə qalanda virtual səsvermənin sonuclarının gerçəklə uzlaşması da ümumi ictimai rəydə özünə ciddi yer edib. Bununla belə artıq haram əllərin buraya da uzandığını görməkdəyik ki, bu haqda aşağıda söhbət açmaq fikrindəyik…

Secki2010.info

Bu resurs artıq kampaniya başlayandan özünü elan edib və kifayət qədər də samballı şəkildə qəbul edilməkdədir. Gündə minlərlə ziyarətçi bu sayta daxil olaraq öz namizədinə səs verir və səslər bir qayda olaraq uyğun şəkildə dəyişir. Hiss olunur ki, dinamikaya kənar müdaxilə yoxdur. Bunu təsdiq edən amillərdən biri və ən əsası da saytdakı nəticələrdə faizlərlə bərabər səs saylarının da göstərilməsidir. Yəni kənar müdaxilə zamanı faizi dəyişərək manipulyasiya etməklə hazırlıqsız ziyarətçini aldatmaq daha asandır. Lakin fakt olan sayları dəyişməklə bunu etmək özünüifşadan başqa bir şey deyildir. Secki2010.info-dakı duruma görə bəndəniz – 34 saylı Xətai II seçki dairəsindən müstəqil namizəd Azər Həsrət birmənalı şəkildə bütün səsvermə dövründə 12 nəfər arasında öz öndərliyini qorumaqdadır.

Aşağıdakı şəkildən göründüyü kimi 31 oktyabr 2010-cu il saat 14.30 üçün aşağıdakı göstəricilər hakimdir:

1. Həsrət Azər Hacıqulu oğlu – 39% və ya 201 səs
2. Nəsibli Nəsib Loğman oğlu – 21% və ya 109 səs
3. Əhmədova Gülər Mikayıl qızı – 14% və ya 73 səs

9. Əliyev Teyyub Qəni oğlu – 1% və ya 3 səs

Secki2010.info. 31 oktyabr 2010, saat 14.30

Qeyd: Bu səsvermədə faizlər yuvarlaqlaşdırılaraq yalnız tam rəqəmlər göstərilir.

Seckiler.org

Bu resursda da bəndəniz birmənalı şəkildə irəlidədir. Əlbəttə ki, bunu da təbii qarşılamaq lazımdır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, bəndəniz hazırda İKT-dən ən yüksək səviyyədə istifadə edən tək namizəd olma iddiasındadır. İndi isə rəqəmlərə diqqət edək:

1. Həsrət Azər Hacıqulu oğlu – 70,85% və ya 192 səs
2. Məhsimova Gülnisə Əlisultan qızı – 8,12% və ya 22 səs
3. Ağaevli Əli İsa Hacı oğlu – 7,01% və ya 19 səs

11. Əliyev Teyyub Qəni oğlu – 0% və ya 0 səs

Seckiler.org. 31 oktyabr 2010, saat 14.30

Qeyd: Burada 2-ci və 3-cü yerlərdə yeni adların olması resursun Rusiyada yerləşməsi ilə izah edilə bilər. Gülnisə xanım kommunistdir və onun Rusiyadan səs alması təbii qarşılanmalıdır.

1news.az

Şəxsən mənə bəlli olan yeganə rusdilli resursdur ki, Milli Məclisə virtual seçki təşkil edib. Əslində burada yüksək səs alacağımı düşünmürdüm. Çünki əlaqələrimin çoxu birmənalı olaraq türkdilli ölkələrə aiddir və rusdilli auditoriyadan yüksək səs alacağımı o qədər də gözləmirdim. Ancaq hazırda əldə olan bilgilərə görə, yaxşı mənada yanılmışam. Bunu rəqəmlərin dili ilə belə ifadə edə bilərik:

1. Həsrət Azər Hacıqulu oğlu – 47% və ya 55 səs
2. Nəsibli Nəsib Loğman oğlu – 34% və ya 40 səs
3. Əhmədova Gülər Mikayıl qızı – 11% və ya 13 səs

11. Əliyev Teyyub Qəni oğlu – 0% və ya 0 səs

1news.az. 31 oktyabr 2010, saat 14.30

Göründüyü kimi üç ayrı resursda keçirilən səsvermədə bəndəniz birmənalı olaraq öndədir və hər kəs də bunu təbii qarşılayır. Əslində 34 saylı Xətai II seçki dairəsinin ərazisindəki ictimai rəy də buna köklənib və bu rəy getdikcə daha da güclənir. Bu, məsələnin ədalətli yönüdür.

Yuxarıdakı hər üç resursda ilk üçlüklə bərabər yerdə qalanlardan yalnız Teyyub Qəninin adını qeyd etməyimizə gəlincə, bu məsələ aşağıda öz izahını tapacaq.

Və… Namized.com haramzadalığı

Aşağıdakı şəkildən göründüyü kimi, yuxarıdakı üç səsvermədə ümumiyyətlə liderlərə yaxın belə gəlməyən Teyyub Qəni burada birmənalı və açıq fərqlə(!) liderdir! Təəccüblüdür, deyilmi? Halbuki əsl gerçəklik başqa cürdür. Bunu bur neçə gün əvvələ aid faktlarla dəyərli oxucularımızın nəzərinə çatdıracayıq və ümid edirik ki, Namized.com-un əsl simasını açaraq yanlış ictimai rəy yaratmaqla ölkədə keçirilən seçkilərə kölgə salmaq cəhdinin qarşısını alacayıq. Burada bir məqamı da qeyd edək ki, bu resursda Azərbaycan dövlətinin atributundan istifadə – dövlət gerbinin təsvirinin yerləşdirilməsi bir çox insanlarda onun dövlətə aid olduğu təsəvvürü yaradır. Halbuki bəllidir ki, bu saytın Azərbaycan dövlətinə heç bir formada aidiyyatı yoxdur və ümid edək ki, müvafiq qurumlar bu resursun sahiblərini belə əmələ görə cəzasız qoymazlar. Əks təqdirdə bu fırıldaqlara dövlətin də ortaq olduğu rəyi möhkəmlənə bilər.

İndi isə Namized.com-da təşkil edilən “səsvermə”nin dinamikasına diqqət yetirək. Oktyabrın 18-nə olan göstəricilərdə bəndəniz ən yaxın rəqibindən 30% səslə öndədir:

1. Həsrət Azər Hacıqulu oğlu – 51,02% və ya… səs sayı bəlli deyil
2. Nəsibli Nəsib Loğman oğlu – 20,41% və ya… səs sayı bəlli deyil
3. Əhmədova Gülər Mikayıl qızı – 14,29% və ya… səs sayı bəlli deyil

8. Əliyev Teyyub Qəni oğlu – 0% və ya… səs sayı bəlli deyil.

Namized.com. 18 oktyabr 2010

Burada hər hansı kənar müdaxilə olmadığı üçün nəticələr digər səsvermələrdəki kimi təbii və obyektivdir. Ancaq bir müddət sonra dəyişikliklər başlayır və özü də təbii olmayan dəyişikliklər. 22 oktyabr tarixi üçün göstəricilər aşağıdakı kimidir:

1. Həsrət Azər Hacıqulu oğlu – 35,05% və ya… səs sayı bəlli deyil
2. Nəsibli Nəsib Loğman oğlu – 29,58% və ya… səs sayı bəlli deyil
3. Əhmədova Gülər Mikayıl qızı – 21,54% və ya… səs sayı bəlli deyil

5. Əliyev Teyyub Qəni oğlu – 1,77% və ya… səs sayı bəlli deyil.

Namized.com. 22 oktyabr 2010

Yenə də təbii yanaşardıq. Ancaq bu radikal dəyişmələrdən öncə özünü bu saytın təmsilçisi kimi təqdim edib bizi pulla reklam etməyə hazır olduğunu deyən birisi ortaya çıxmasaydı. Təbii ki, bundan bərk qəzəbləndim və saytın əlaqə bölməsində özünü Samir Vəliyev kimi təqdim edən şəxsə etiraz məktubu yazdım. Və təbii ki, bundan sonra “cəzalanacağımı” da gözləməyə başladım. Cəza isə özünü çox gözlətmədi. Bunu oktyabrın 31-nə olan rəqəmlərə baxmaqla dərhal hiss etmək olar:

1. Əliyev Teyyub Qəni oğlu – 44,14% və ya… səs sayı bəlli deyil.
2. Həsrət Azər Hacıqulu oğlu – 20,01% və ya… səs sayı bəlli deyil
3. Nəsibli Nəsib Loğman oğlu – 13,99% və ya… səs sayı bəlli deyil

Namized.com. 31 oktyabr 2010

Fantastika! İlk üçlükdə yer tutan Gülər Əhmədova artıq Teyyub Qəninin “kəraməti” sayəsində öz yerini birdəfəlik itirib, bəndəniz isə yeni “lider”dən tam 24% səs fərqilə geridə qalıb! Fantastika! Özü də bu “dəyişiklik” cəmi iki günün içində baş verib: oktyabrın 29-dan 31-dək!

Əslində bu məsələdə Teyyub Qəninin heç bir günahı yoxdur. Bunu birmənalı şəkildə deyirəm və dediyimə də tam əminəm! Çünki bilirəm ki, bu şəxsin kompüter bilgiləri olduqca zəifdir (hətta indiyə kimi yazılarını qələmlə yazır) və şəbəkəsi isə ümumiyyətlə yoxdur. Yəni bu şəxs İnternet sahəsində nəinki mənimlə, heç arxasında Müsavat Partiyası olan Nəsib Nəsibli və ya YAP-dan olan namizəd Gülər Əhmədova ilə belə ayaqlaşa bilməz! Di gəl Namized.com belə bir “möcüzə”nin mümkünlüyünü millətə sırımağı mümkün hesab edir! Bir daha qeyd edirəm ki, bu fırıldağın Teyyub Qəniyə heç dəxli yoxdur! Hətta deyərdim ki, adı çəkilən şəxsin bundan xəbəri belə yoxdur yəqin ki! Üstəlik, Teyyub Qəni elə bir ciddi siyasi çəkiyə də malik deyil ki, özündən xəbərsiz yüzlərlə insan ona səs versin. Üstəlik onu da əlavə edək ki, lap tutaq ki, Teyyub Qəninin tərəfdarları birdən həmləyə keçərək onun faizlərini yüksəldiblər. Mümkündür. Ancaq belədirsə, niyə başqa resurslarda bu dinamikanın işartıları belə yoxdur?

Ümumi rəyim isə bundan ibarətdir ki, Namized.com sadəcə olaraq bu yolu tutmaqla keçirilən seçkilərə kölgə salmaq, ictimai rəyi çaşdırmaq, ölkədə süni narazılıq yaratmaq xətti yürütməkdədir. Əlbəttə ki, bu fikirləri təkcə özümə aid olan rəqəmlərə əsaslanaraq dilə gətirmirəm. Məsələ ondadır ki, bir neçə başqa namizəd şəxsən mənə bildirib ki, onlara da pulla “reklam” olunmaq təklif edilib. Ancaq həmin namizədlər də mənim kimi Namized.com-un bu təklifini rədd ediblər və bundan sonra mənim kimi onlar da “cəzalanıb”.

İndi də sözüm ölkənin müvafiq qurumlarınadır: bu haramzadalığı vaxtında dayandırmaq lazımdır! Əks təqdirdə biriləri ölkədə ictimai rəyi yanlış yönə çəkərək prezidentə və ümumilikdə hökumətə qarşı narazılıqların artmasına səbəb olacaqdır. Həm də bu yolla ölkəmizin beynəlxalq aləmdə imicinə daha bir zərbə vurulacaqdır. Ümid etmək istərdim ki, dövlətin təəssübünü çəkməyə görəvli qurumlar bir an belə itirmədən hərəkətə keçəcəklər və bu rəzaləti durduracaqlar.

 AZƏR HƏSRƏT


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar