Ədliyyə Nazirliyi (http://www.justice.gov.az/) göstərilən elektron xidmətlərin siyahısını genişləndirib. Belə ki, bundan sonra nigaha daxil olmağı arzu edənlərin ZAQS-a müraciət etməyinə ehtiyac qalmayacaq.
“Azerkosmos” MMC orbitə çıxış və yer səthinin zondla tətqiq edilməsi üçün aşağı orbital peykin sığortasına hazırlıq məqsədilə tender élan edib.
Google-un gizlilik parametrləri ilə daha çox fərdi axtarışlara qovuşacağıq. Yaxşı bəs biz bunun əvəzində Google-a nə verəcəyik? Google-un yeni gizlilik nizamları bütün dünyada müxtəlif reaksiyalarla qarşılanıb.
Yerli-ictimai network xidməti Foursquare Google Maps ilə yollarınıayıracağını və bundan sonra OpenStreetMap lahiyəsinin xəritəsindən istifadə edəcəyini açıqladı. Foursquare bu dəyişikliyi yeni fəaliyyətə başlayan firmalara dəstək vermək üçün etdiyini bildirib.
Azercell Telekom bütün abunəçiləri üçün yeni “Portal 111” xidmətini istifadəyə verib. Bu xidmət sayəsində Azercell abunçiləri telefonlarından *111#YES (OK) komandasını yığaraq Portal 111-ə pulsuz daxil olub, müxtəlif Azercell xidmətlərindən istifadə edə bilərlər.
«Azərbaycan Dəmir Yolları» QSC-i «AzeriCard» Prosessinq mərkəzinin elektron ödəmə sisteminə qoşulub. «AzeriCard»ın verdiyi məlumata görə, online-ödəniş sistemi elektron bank kartları olan VİSA, VİSA Electron, MasterCard və Maestro istifadə etməklə sərnişinlərə qatar biletlərini onlayn rejimində almağa imkan yaradacaq.
İnsanların kütləvi yığışdıqları paytaxtın mərkəzi küçələrində təxminən 100 ədəd internet taksofonun quraşdırılması planlaşdırılır. İnternet-taksofonların əsasən “Avrovizion” musiqi yarışmasının keçiriləcəyi “Baku Crystal Hall”a yaxın olması nəzərə alınıb.
Əmlak Məsələləri Dövlət Komitəsində Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı təqdimat keçirilib. Məqsəd layihənin həyata keçirilməsində maraqlı tərəflər, o cümlədən dövlət qurumları, bələdiyyələr, təşkilatlar və vətəndaşlar arasında layihə barədə ictimai məlumatlandırmanı təmin etməkdir.
Mart ayını ilk günüdə Microsoft Barselonada təşkil olunmuş Dünya Mobil Konfransında ən əhəmiyyətli təqdimatlarından birini keçirməyə hazırlaşır. Şirkət Windows-un yeni, 8-ci versiyasını ictimaiyyətə açıq elan edəcək.
Layihə çərçivəsində Jurnalistlər üçün İnformasiya Cəmiyyəti quruculuğu sahəsi ilə əlaqəli Treninqlərin və \"İnformasiya cəmiyyətinin jurnalisti” nominasiyası üzrə Müsabiqənin keçirildiyi bildirilib
Mərkəzi Avropa Universitetində təhsil aldığım zaman müxtəlif məlumatları, xüsusən də terminologiyaların izahını axtardığım zaman Vikipediyanın dünyada bu məqsədlə ən yaxşı resurs olduğunu yəqin etdim. Ara-sıra məqalələrə dəyişiklik edir, onları zənginləşdirirdim. Amma həmin terminologiyaları və məlumatları oxuduğum zaman onların çox hissəsinin Azərbaycandilli Vikipediyada olmaması məni məyus edirdi
“İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin Qaliblərinin təqdimat mərasimi 29 fevral tarixdə BMM-də keçiriləcək. Müsabiqəsinin Münsiflər Heyətinin toplantısı keçirilib və təqdim olunan yazılar müzakirə edilib.
Bu gün Xocalı soyqırımından 20 il ötür. Bu münasibətlə internetdə də bir sıra etiraz aksiyaları keçirilir. Bildiyimiz kimi informasiya müharibəsi dövrümüzdə əsas üstünlüklərdən hesab olunur.
“Bu il Bakcell abonentlərinə Bakı metropoliteni stansiyalarında yüksəksürətli mobil internet (3G) imkanlarından istifadə etməyə imkan yaradacaq”.
Fevral ayının 23-də Vergilər Nazirliyində Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkil etdiyi ictimai müzakirələr keçirilmişdir.