“İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin Qaliblərinin təqdimat mərasimi keçiriləcək

27-02-2012 / 11:47
Multimedia Mərkəzinin hər il keçirdiyi “İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin bu ilki  Qaliblərinin təqdimat mərasimi 29 fevral tarixdə BMM-də keçiriləcək.
 Müsabiqəsinin Münsiflər Heyətinin toplantısı keçirilib və təqdim olunan yazılar müzakirə edilib.
Müsabiqəyə təqdim olunan yazılar  10 ballıq sistemlə qiymətləndirilib.  Müzakirələr və verilmiş ballar əsasında qaliblər müəyyən olunub. Məlum olduğu kimi Müsabiqəyə  Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sahəsi ilə əlaqəli  İnternet portallarda və qəzetlərdə dərc olunan 14 yazı təqdim olunub.
Toplantıda  “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsinin yekunlarına  həsr olunan Təqdimat mərasiminin 29 fevral 2012-ci ildə, saat 14.00-da   Beynəlxalq Mətbuat Mərkəzində  keçirilməsi qərara alınıb.
Müsabiqənin qalibləri təqdimat mərasimində açıqlanacaq. Tədbirdə “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihə  çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə  Sertifikatlar təqdim olunacaq. Həmçinin  Müsabiqənin qaliblərinə Diplomlar və qiymətli hədiyyələr  təqdim olunacaq.
Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkətinin dəstəyi ilə gerçəkləşdirilir.

Günel, Xeberler.az

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə