Google-un yeni gizlilik parametrlərinin mənası

06-03-2012 / 11:14

Google-un gizlilik parametrləri ilə daha çox fərdi axtarışlara qovuşacağıq. Yaxşı bəs biz bunun əvəzində Google-a nə verəcəyik?

Xəbərlər-in verdiyi məlumata görə, Google-un yeni gizlilik nizamları bütün dünyada müxtəlif reaksiyalarla qarşılanıb. Son olaraq isə Yapon hökuməti yeni nizamlar mövzusunda şirkəti xəbərdar edib. Yeni parametrlərlə birlikdə istifadəçiyə məlumatlarının  yığılması və  istifadə edilməsi nəzərdə  tutularkən, istifadəçi  məlumatlarının  Yapon  qanunları  tərəfindən  qoruması təmin olunub. 

Tokio Times-da verilən xəbərə görə, Yapon höküməti Google-dan yeni xidmətlərdə nəyin dəyişəcəyi barəsində və gələcək istifadəçilərə dəqiq cavablar verilməsi istənilib. 

İnternet nəhənginin yeni gizlilik parametrləri bir çox ölkədə narahatlıqlara səbəb olub. Avropada həmçinin Cənubi Koreyada bu mövzu ilə bağlı istintaq başlanılıb.
Google isə öz növbəsində Amerika Birləşmiş Ştatlarının Konqresinə bütün suallara aydınlıq gətirən məktubla müraciət edib. Bənzər məktub Avropa Birliyinə də göndərilib. Təkcə Fransa bu açıqlamadan narazı qalıb.

Yeni parametrlər istifadəçi m əlumatlarının bir yerdə cəmlənməsinə və axtarış zamanı xüsusi nəticələr çıxarılmasına kömək edəcək. Bu Google  bütün servislerindəki məlumatların toplanması,  Youtube, Picassa, Blogger,Docs, Gmail ya da Google + istifadəçilərinin bütün hərəkətlərinin axtarış sistemində əks etdirilməsi mənasını daşıyır.

 

Xeberler.az

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə