Hewlett-Packard yeni geniş funksionallığa malik, cazibədar HP w2558hc displeyi yaradıb. Model 1920x1200 pikselli imkana malik TN+Film standartının 25.5” matrisası üzərində qurulub.
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə jurnalist-tələbələr və müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edib.
Yahoo! internet şirkəti ABŞ-ın Nebraska ştatında yerləşdiriləcək yeni məlumat mərkəzinin təşkil olunmasına 100 milyon ABŞ dolları məbləğinin ayrılması barədə elan edib. 4 il ərzində tikiləcək məlumat mərkəzində 100-dən çox yeni əməkdaşın işləyəcəyi nəzərdə tutulub.
Dell şirkəti Inspiron Mini ailəsindən ikinci noutbukunu təqdim edib. Xatırladaq ki, Dell Inspiron Mini ailəsinin birinci portativ kompüteri 9 düym ekranlı Mini 9 netbuku olmuşdur.
“Biz yaxın gələcəkdə mobil platforma üçün inteqral adapterlər bazarının 30 faizini tutmağı planlaşdırırıq”- NVIDIA-nın texniki marketinq üzrə direktoru Nik Stem bəyan etdi.
The Times of London saytı xəbər verir ki, Şimali Koreyada ölkədəki ərzaq böhranı haqda məlumatların əhali arasında yayılmasının qarşısını almaq üçün sakinlərə mobil telefonlardan istifadə qadağan edilib.
Azərbaycan tikinti sənayesinə dair Build.az internet-portalının təqdimat mərasimi keçirilib. Təsisçilərinin sözlərinə görə, layihənin əsas ideyası Azərbaycanın tikinti sektoru ilə maraqlanan bütün şəxslərə bu barədə müvafiq məlumatların təqdim olunması ilə bağlıdır.
Internetdə səsli məlumatlarla təşkil olunan ilk səsli sosial şəbəkə - İnternet Shout yaradılıb. Onun yaradıcısı Kris Ricen, Koventri Britaniya Universitetinin 22 yaşlı tələbəsidir.
ZDNet UK xəbər verir ki, Britaniyada yarımkeçirici texnologiyalar şirkəti - ARM şəbəkəyə çıxış məqsədilə nəzərdə tutulmuş kiçik kompüterlər üçün prosessorlar hazırlayır.
Apple şirkəti 2008-ci il üzrə 10 milyon iPhone-nin satışı barədə məlumat verdi. Amerika KİV-nin məlumatına görə, şirkətin məqsədi bu il 10 mln. smartfon satmaq idi. Beləliklə, onlar məqsədlərinə iki ay əvvəldən nail olublar.
Bu yaxınlarda Yahoo şirkəti Everyday Health Network kontent-resursları şəbəkəsinin materiallarını lisenziyalaşdırması haqda müqavilə imzaladığını elan edəcək. Bu haqda New York Post etibarlı mənbəyə istinadən xəbər verir.
Reg Hardware xəbər verir ki, Sony Ericsson şirkəti məhsullarının ixtisar edilməsi ilə bağlı qərar qəbul edib. Sony Ericsson-un prezidenti Dik Komiyamanın sözlərinə görə, şirkət mobil telefon buraxılışının 20 faizini ixtisara salacaq.
Google şirkəti telefon və smartfonlarda Gmail elektron poçtunun oxunması və məktubların göndərilməsi üçün mobil xidmətin ikinci versiyasını təqdim etdi. Yeni xidmət siqnallar aşağı səviyyəli olduqda belə əvvəlkinə nisbətən yüksək sürətlə işləyir və oflayn rejimdə bəzi funksiyaları yerinə yetirə bilir.