Yanvar-iyun aylarının rəsmi statistikasına əsasən, praktiki olaraq mobil telefon istehsal etməyən ölkəyə 31 220 mobil telefon gətirilib. Mobil telefon operatorlarının məlumatına görə isə, abunəçilərin bu müddətdə sayı təxminən 1 mln. artıb. Bu onu göstərir ki, alınmış telefonların 10 faizindən də azı leqal yolla gətirilib.
2007-ci ildə 175 min 592 telefon alınıb, abunəçilər isə 1,2 mln. təşkil edib.
Təxminən 63% əhali mobil telefon abunəçisi və istifadəçisidir.
Aparıcı mobil əlaqə operatorlarının göstəricilərinə əsasən, 2007-ci ilin dekabrından 2008-ci ilin iyununa qədər abunəçilərin sayı 1,05 mln. artaraq, 5,35 mln. olub. Onlardan 3,7 milyonu Azercell, 1,2 milyonu Bakcell, 650 mini isə NarMobile abunəçisidir.
Rəsmi statistik göstəricilərə inansaq, 2008-ci ilin birinci yarısında mobil telefonların idxal olunduğu ölkələr arasında birinci yeri Çin, ikinci yeri Almaniya, üçüncünü isə Cənubi Koreya tutur.
Mobil telefonların 2008-ci il yanvar-iyun ayları üzrə idxalı
Ölkələr |
Məhsulun miqdarı |
Qiymət (min $) |
Çin |
19377 |
1828 |
Almaniya |
6422 |
611,7 |
Koreya |
4351 |
220,4 |
BƏƏ |
325 |
131,6 |
Finlandiya |
260 |
17 |
Malayziya |
120 |
8,2 |
Sİnqapur |
80 |
4,4 |
Digər ölkələr |
285 |
85,9 |
Nəticə |
31220 |
2907,2 |
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri