The Times of London saytı xəbər verir ki, Şimali Koreyada ölkədəki ərzaq böhranı haqda məlumatların əhali arasında yayılmasının qarşısını almaq üçün sakinlərə mobil telefonlardan istifadə qadağan edilib.
Mənbə İnsan Hüquqları üzrə Birləşmiş Millətlərin Baş Assambleyasının təqdiqatlarına istinadən təsdiq edir ki, Şimali Koreya hökuməti əhalini açıq edamla qorxudur və mobil telefondan istifadəni məhdudlaşdırır ki, ölkədəki vəziyyət barədə xəbərlərin yayılmasının qarşısı alınsın. Həmçinin ölkəyə gələn turistlərdən mobil telefonlar alınır və yalnız öz ölkələrinə qayıdarkən özlərinə qaytarılır. Artıq keçən il Şimali Koreya hökuməti mobil xidmətdən istifadənin dəyişilməsini həyata keçirmişdi ki, sakinlər xarici ölkələrlə əlaqə yarada bilməsinlər. Hökumət, oktyabrda dünya KİV-də 2,7 milyon insanın Şimali Koreyanın qərb sahilində ərzaq qıtlığından əziyyət çəkdiyi haqda məlumatlar yayıldıqdan sonra bu qərara gəlib. Bu sosialist ölkəsinin əhalisinin üçdə ikisi deməkdir.
Qeyd edək ki, 2006-2007-ci illərdə subasma ölkənin məhsuldarlığına külli miqdarda ziyan vurmuş və ərzaq qıtlığına gətirib çıxarmışdı. Hazırda vəziyyət artıq humanitar qəza adlanır və təhlükəli həddə çatıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri