Səhiyyə idarə və müəssisələrinin elektron poçt vasitəsilə informasiya mübadiləsi prosesinin təkmilləşdirilməsi məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən “esehiyye.az” internet domenində yeni elektron poçt server quraşdırılaraq istifadəyə verilib.
Azərbaycan ilk milli süni rabitə peykini orbitə çıxardıqdan 7 il sonra bu layihəyə xərclədiyi investisiyanı geri qaytara biləcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. Nazir müavininin sözlərinə görə, milli peykin orbitə çıxarılması 2012-ci ildə nəzərdə tutulub və layihəyə xərclər dövlət büdcəsindən ayrılır: «Yeddi ildən sonra Azərbaycan layihəyə xərclədiyi sərmayəni
Facebook” sosial şəbəkəsi cari ilin əvvəlindən 30% bahalaşıb. “APA-ECONOMICS”in CNBC telekanalına istinadən hazırda onun dəyəri 65 mlrd. dollar təşkil edir. Bu qənaətə “Facebook”un səhmlərinin 0,1%-ni almaq niyyətində olan “General Atlantic” investisiya fondunun nümayəndələri gəlib. Bu il yanvarın sonunda “Facebook” səhmlərinin investorlara satışından 1,5 mlrd. dollar əldə edib. Bu məbləğin 1/3 hissəsi “Goldman Sachs” bankından və “DST Global” fondundan, daha 1 mlrd. dolları
Azərbaycanın aparıcı mobil operatoru olan “Azercell Telekom” MMC rouminq üçün yeni endirim qiymətləri tətbiq etməyə başlayıb. Şirkətdən verilən məlumata görə, martın 1-dən etibarən Türkiyədə olarkən “Turkcell” mobil operatorundan istifadə etdikdə “Azercell” abonentləri üçün aşağıdakı endirimli qiymətlər tətbiq ediləcək. Yeni endirimlər nəticəsində fakturalı xətt abonentləri bütün istiqamətlərə cəmi 1,5 AZN qiyməti ilə danışacaqlar. İnternet xidmətindən istifadə edən fakturalı xətt abonentləri 1 MB internet
Azərbaycanın ilk mobil operatoru “Bakcell” bildirir ki, martın 7-də texniki səbəblərlə əlaqədar abunəçilərin mobil telefonlar vasitəsilə bəzi İnternet səhifələrinə, o cümlədən bəzi sosial şəbəkələrə daxil olmasında müəyyən texniki problemlər yaranıb.
«France 24» televiziyasının verdiyi məlumata görə, Google müəllif hüquqularını pozmaqda təqsirləndirilir. Aralarında fransalı kino istehsalçıları da olan iddiaçılar Google vasitəsilə onların məhsullarının qeyri-leqal yolla yerləşdirildiyi saytların tapılmasından şikayətçi idilər.
Hewlett Packard şirkəti Aeronavtika və Kosmik Fəzanın Tədqiqatları üzrə ABŞ Milli İdarəsinə (National Aeronautics and Space Administration - NASA) hesablama texnikası, proqram təminatı və İT-xidmətlərin təchizatına dair 2,5 milyard ABŞ dolları məbləğində dövlət tenderinin qalibi olub. Dünyanın ən iri personal kompüter, server və printer istehsalçısı olan HP İT-xidmətlər sahəsində IBM korporasiyasından geridədir. NASA ilə əldə olunmuş razılaşma şirkətə bu seqmentdəki mövqelərini möhkəmləndirməyə kömək edəcək.
ABŞ-ın Kaliforniya ştatındakı Lonq-Biç şəhərində keçirilən TED (Technology Entertainment and Design) konfransında amerikalı alim pasiyetin öz toxumalarından əzaların yaradılması üçün nəzərdə tutulmuş üçölçülü printeri nümayiş etdirib.
Layihənin rəhbərləri Aqşin İbrahimovun və Orxan Muxtarovun Xeberler.az portalına verdiyi məlumata görə, portalda əyləncə ilə yanaşı, müsabiqələrə də, yer ayrılacaq: “ Artıq bütün işlərimiz tamamlanıb. Portalda hər bir istifadəçinin “Səhifəm” bölməsi var. Bu isə Azərbaycandakı əyləncə portalları içərisində bir ilkdir.
“Azərpoçt” MMC tərəfindən iş yerlərinin yaradılması, poçt şöbələri üçün binaların tikilməsi, yeni poçt şöbələrinin açılması, estetik vəziyyətinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin və tezliyinin artırılması istiqamətində müəyyən işlər yerinə yetirilməkdədir.
Bu ilin ortalarından etibarən Azərbaycana rəqəmsal yayımın tələblərinə cavab verməyən televizorların idxalının dayandırılması nəzərdə tutulur. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, artıq bununla bağlı bir sıra hüquqi və texniki məsələlər hökumətin müvafiq strukturları ilə razılaşdırılıb. Rəylər toplanıb və prosedurların hazırlanması üçün tapşırıqlar verilib.
İnsanların sosial şəbəkələrdə ünsiyyətə daha çox meyl etməsi onlarda psixi problemlərin yaranmasına səbəb olur. Bunu bazar ertəsi Trend-ə respublikanın baş psixiatoru Gəray Gəraybəyli deyib.
Pensiyaçılar təqaüdlərinin köçürülməsi haqda SMS vasitəsilə bilgiləndiriləcək. Bir müddət öncə avtomatlaşdırılmış pensiya islahatlarının davam etdiriləcəyini açıqlayan Dövlət Sosial Müdafiə Fondu həmin islahatlar çərçivəsində martdan etibarən bu yeniliyin tətbiq ediləcəyini bildirib.
Xeberler.az portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa Statistika Komitəsinin (EUROSTAT) açıqlamasına görə Çernaqoriyanın əhalisi Avropada ən çox mobil telefon istifadə edən əhalisi seçilib. Komitənin ən son statistik məlumatına görə, 620 min əhalisi olan Çernaqoriyada hər 1000 nəfərə 1600 mobil telefon düşür.
Rabitə və informasiya texnologiyaları nazirin müavini İltimas Məmmədov başçılıq etdiyi deleqasiyası ilə İrana rəsmi səfər edib.Bazar günü Məmmədov İranın rabitə nazirin müavini Mehdi Əxəvan ilə görüşdə ikitərəfli münasibətlərini müzakirə edib. Məlumatı İRNA agentliyi yayıb.