“Bakcell” bəzi sosial şəbəkələrə girişlə bağlı problemi aradan qaldırıb

09-03-2011 / 11:22

Azərbaycanın ilk mobil operatoru “Bakcell” bildirir ki, martın 7-də texniki səbəblərlə əlaqədar abunəçilərin mobil telefonlar vasitəsilə bəzi İnternet səhifələrinə, o cümlədən bəzi sosial şəbəkələrə daxil olmasında müəyyən texniki problemlər yaranıb. Şirkətdən Milli.Az xəbər portalına daxil olan məlumata görə, “Bakcell” şirkəti yaranmış texniki problemləri martın 7-də gecə saatlarında aradan qaldırıb. Artıq “Bakcell” abunəçiləri əvvəlki kimi rahatca istənilən internet səhifəsinə daxil ola bilərlər.

Yaxın günlərdə “Facebook”da “Bakcell”in rəsmi səhifəsinin (fan page) öz işinə başlayacağı gözlənilir.

Qeyd edək ki, “Bakcell” şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Hazırda “Bakcell” əhalinin 95%-ni və ölkə ərazisinin 82%-ni əhatə edir.
Şirkətin aktiv abunəçilərinin sayı 2.5 milyona çatıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə