Layihənin rəhbərləri Aqşin İbrahimovun və Orxan Muxtarovun Xeberler.az portalına verdiyi məlumata görə, portalda əyləncə ilə yanaşı, müsabiqələrə də, yer ayrılacaq: “ Artıq bütün işlərimiz tamamlanıb. Portalda hər bir istifadəçinin “Səhifəm” bölməsi var. Bu isə Azərbaycandakı əyləncə portalları içərisində bir ilkdir. Yəni “World.az” portalında qeydiyyatdan keçən userlər əlavə olaraq öz səhifələrinə şəkillər yükləyə bilərlər. Onlar səhifələrində videoları paylaşa bilər və eyni zamanda dostlarını dəvət edib yeni qruplar yarada bilərlər. Biz bununla kiçik sosial şəbəkə yaratmağa nail olduk. Hətda “Aznet”də əyləncə saytları arasında standart streotipləri qıran və online çatı ilk dəfə tədbiq edən də məhz World.az portalı oldu.”
Layihə rəhbəri Aqşin İbrahimov portalda keçiriləcək müsabiqə barəsində də, məlumat verdi: “Burada filmlərdən şəkillər nümaiş etdiriləcək. Həmin şəkillərin hansı filmə aid olduğunu tapan iştirakçı, Azərbaycanın ən tanınmış kinoteatrlarının birinə 2 nəfərlik bilet əldə edəcək.”
Qeyd edək ki, müsabiqəyə martın 10-dan start verilir. 2 ay davam edəcək müsabiqədə hər 5 gündən bir qaliblər müəyyənləşdiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri