İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular
Cəmi 7600 nəticə tapildı!

Azərbaycanın “TASİM” layihəsinin reallaşması Avropa ilə Asiya arasında alternativ etibarlı rabitə kanalı kimi çox əhəmiyyətlidir

03.11.2013 [11:49]

Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “TASİM” layihəsinin reallaşması Avropa ilə Asiya arasında alternativ etibarlı rabitə kanalı kimi çox əhəmiyyətlidir.

Azərbaycanda elektron daşıyıcısı olan ümumvətəndaş pasportlarının verilməsi sadələşdirilib

03.11.2013 [04:14]

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli Fərmanına uyğun olaraq, cari il sentyabrın 1-dən elektron daşıyıcısı olan ümumvətəndaş pasportlarının verilməsinə başlanılıb, əhalinin rahatlığının, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bir sıra digər təşkilati-praktik addımlar atılıb.

“Delta” şirkəti Sinqapurda “R&D” mərkəz istifadəyə verib

03.11.2013 [04:13]

“Delta Electronics” enerji həlləri tədarükçüsü şirkəti Sinqapurda “R&D” mərkəzin (elmi tədqiqat və təcrübi konstruktor işləri (Research and Development, R&D) istifadəyə verilməsini elan edib. Yeni mərkəzin başlıca vəzifəsi enerji təchizatı, bioloji tibb, kommunikasiya şəbəkələri və quraşdırılmış internet həllərin (IOT) idarə olunması sahəsində ekoloji baxımdan dayanıqlı texnologiyaların hazırlanmasından ibarət olacaq.

Displey bazarının həcmi azalacaq

03.11.2013 [04:11]

2014-cü ildə dünya displeylər bazarının həcminin azalmasının müşahidə olunacağı, həmçinin Çinin \"BOE\" və \"CSOT\" kimi istehsalçılarının panellərin buraxılış həcmini genişləndirməsini davam etdirməsi, ABŞ, Avropa və Çin bazarında alıcılar tərəfindən televizor alışına xərclərin azalması ilə əlaqədar məhsul bolluğunun olacağı gözlənilir.

Sığorta sistemində elektron dövr başlayır

03.11.2013 [04:06]

Azərbaycanda sığorta məsələlərini tənzimləyən qanuna əlavə dəyişikliklərin edilməsi gündəmə gəlib.

Saytların ümumi sayı 800 milyona yaxınlaşıb

02.11.2013 [20:27]

“Netcraft” analitik şirkətinin məlumatına əsasən, noyabrın 1-də internetdə 785293473 sayt və bloq fəaliyyət göstərib ki, bu da ötən ayla müqayisədə 18 milyon daha çoxdur.

Səhmdarlar “Twitter”ə qarşı 124 milyon dollarlıq iddia irəli sürüblər

01.11.2013 [22:24]

Səhmlərinin fərdi satışının təşkili ilə məşğul olmağa məcbur edilən iki şirkət məhkəmədə “Twitter”-dən 124 milyon dollar istəyir.

“Apple” 2014-cü ildə kapital xərclərini 57% artırmaq istəyir

01.11.2013 [22:20]

“Apple” istehsalat avadanlıqlarının alınması, məhsulların testləşdirilməsi və pərakəndə satış dükanları üçün nəzərdə tutulmuş xərcləri 2014-cü ildə 57% artırmaq niyyətindədir.

“Google” şirkəti “Android 4.4” platformasını təqdim edib

01.11.2013 [22:18]

“Google” şirkəti dünən “Android 4.4” mobil əməliyyat sistemini təqdim edib. Yeni platforma “Nestle” şirkətinin istehsal etdiyi şokolad batonunun şərəfinə “KitKat” adlandırılıb.

\"Milli klaviaturanı yalnız bir halda tənqid etmək olar. Niyə belə gec?\" - Osman Gündüz

01.11.2013 [11:14]

Son günlərdə qəbul edilən milli klaviatura ilə bağlı müzakirələr davam edir. Bəzi insanlar bunu yaxşı qarşılasa da, bir qismində bir sıra narahatlıqlara səbəb olub. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yeni klaviatura düzümünün heç bir təhlükəsi və ya maneçiliyi olmadığını bildirib. AİF-in prezidentinin fikirlərini təqdim edirik:

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01.11.2013 [21:57]

AMEA Rəyasət Heyətində Tallin Universitetinin İnformasiya Tədqiqatları İnstitutu bölməsinin professoru Sirje Virkus və dosenti Aira Lepik ilə görüş keçirilib.

Azərbaycanda milli genişzolaqlı internetin inkişafı üzrə Dövlət Proqramının icrasına yaxın bir ay ərzində başlanıla bilər

01.11.2013 [09:32]

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Milli genişzolaqlı internetin 2014-2016-cı illərdə inkişafı üzrə Dövlət Proqramını Nazirlər Kabineti ilə razılaşdırıb.

Azərbaycanın qərb bölgəsində radiomonitorinq keçirilir

31.10.2013 [23:39]

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) növbəti radiomonitorinq işlərinə start verib.

Azərbaycan Dövlət Neft Fondunda tətbiq edilmiş avtomatlaşdırılmış maliyyə sistemi yenilənib

31.10.2013 [23:35]

“Smart Systems Texnology” şirkəti Azərbaycan Dövlət Neft Fondunda tətbiq edilmiş avtomatlaşdırılmış maliyyə sistemini yeniləyib. Şirkət Dövlət Neft Fondunda tətbiq etdiyi əsas proqram məhsullarından biri olan “SMART-FİNANCE” Avtomatlaşdırılmış Maliyyə Sistemini yeniləyib.

Xarici İşlər Nazirliyi Elektron hökumət portalına qoşuldu

31.10.2013 [23:25]

Xarici İşlər Nazirliyi “Elektron hökumət” portalına qoşulub. Bu xidmət xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına səfər etməzdən öncə akkreditasiya üçün zəruri olan sənədləri təqdim etməklə akkreditasiyasının XİN tərəfindən təmin edilməsi məqsədilə xarici KİV nümayəndəsinin müraciətinin araşdırılmasını, həyata keçirilməsini və cavablandırılmasını əhatə edir.

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar