“Delta” şirkəti Sinqapurda “R&D” mərkəz istifadəyə verib

03-11-2013 / 04:13

“Delta Electronics” enerji həlləri tədarükçüsü şirkəti Sinqapurda “R&D” mərkəzin (elmi tədqiqat və təcrübi konstruktor işləri (Research and Development, R&D) istifadəyə verilməsini elan edib.

Yeni mərkəzin başlıca vəzifəsi enerji təchizatı, bioloji tibb, kommunikasiya şəbəkələri və quraşdırılmış internet həllərin (IOT) idarə olunması sahəsində ekoloji baxımdan dayanıqlı texnologiyaların hazırlanmasından ibarət olacaq. Sinqapurda fəaliyyətə başlayan “R&D” mərkəz “Delta” şirkətinin ən yeni tədqiqat bazasıdır.

Sinqapurun elmi parkında (Science Park II) yerləşən mərkəzdə yüksəkixtisaslı proqram və aparat təminatı tərtibatçıları, bioloji tibb mütəxəssisləri və mühəndis-texnoloqlar çalışır və onların yarıdan çoxu magistr və doktor elmi dərəcəsinə malikdir. (ictnews.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə