“Smart Systems Texnology” şirkəti Azərbaycan Dövlət Neft Fondunda tətbiq edilmiş avtomatlaşdırılmış maliyyə sistemini yeniləyib. Şirkət Dövlət Neft Fondunda tətbiq etdiyi əsas proqram məhsullarından biri olan “SMART-FİNANCE” Avtomatlaşdırılmış Maliyyə Sistemini yeniləyib.
“SMART-FİNANCE” AMS-nin digər yerli və xarici proqram məhsullarından üstünlükləri onun Azərbaycan dilində tərtib olunması, real vaxt rejimində işləməyi, Milli Bankın təlimatlarına və həmçinin istifadəçi bank və müəssisələrin konkret tələblərinə uyğun olaraq daima təkmilləşdirilən və müasir standartlara uyğun olan çevik proqram olmasıdır.
Gələcəyin biznes sferasında daha çox tələb olunacaq iqtisadçıların informasiya və kommunikasiya texnologiyalarına, avtomatlaşdırılmış proqram məhsullarına daha yaxından bələd olmaları və hərtərəfli inkişaf etmələri məqsədilə, “Smart Systems Technology” şirkəti öz proqram məhsulları olan “SMART-BANK” Avtomatlaşdırılmış Bank Sistemi və “SMART-FİNANCE” Avtomatlaşdırılmış Maliyyə Sisteminin Azərbaycan Dövlət İqtisad Universitetində təmənnasız olaraq tədrisə tətbiqinə başlayıb.
“Smart Systems Technology” MMM-in proqram məhsulları “Oracle” VBİS-də yazıldığı üçün, şirkət “Oracle” şirkətinin partnyorluq şəbəkəsinə qoşulub (ORACLE PARTNER NETWORK) və şirkətin Azərbaycanda tərəfdaşıdır.(ictnews.az)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri