“Google” şirkəti dünən “Android 4.4” mobil əməliyyat sistemini təqdim edib. Yeni platforma “Nestle” şirkətinin istehsal etdiyi şokolad batonunun şərəfinə “KitKat” adlandırılıb.
“4.4” platformasında əsas yeniliklərdən biri təkmilləşdirilmiş telefon tətbiqi olub. Artıq yalnız ünvan kitabçasındakı məlumatlar deyil, həm də coğrafi yaxınlıq üzrə yerləşən şirkətlərin kontakt məlumatları göstərilir. Bu informasiya “Google Maps”dan götürülür.
SMS və “MMS Hangouts” tətbiqində açılır. Bundan başqa, şirkət ƏS-nin interfeysini dəyişdirib. “Android 4.4” platforması texniki xüsusiyyətləri zəif olan aparatlarda işləyə biləcək. Əməliyyat sisteminin işləməsi üçün 512 MB əməli yaddaş kifayətdir.
Şirkət, həmçinin “Android” platformasının bəzi əsas proqramlarını yeniləyib və ƏS-nə yeni tətbiqlər əlavə edib: “Quickoffice” ofis paketi, addımölçən və “Emoji” klaviaturası. “Android 4.4” platforması əsaslı ilk smartfon yeni ƏS ilə eyni zamanda təqdim edilmiş “LG Nexus 5” aparatı olacaq.
Yaxın həftələr ərzində “Nexus 4”, “Nexus 7” və “Nexus 10”, həmçinin “Samsung Galaxy S4 Google Edition” və “HTC One Google Edition” smartfonlarının istifadəçiləri əməliyyat sistemini 4.4 versiyasına kimi yeniləyə biləcəklər.
“Android” dünyanın ən populyar mobil əməliyyat sistemidir. 2013-cü ilədək bu platforma ilə işləyən milyarddan çox qurğu aktivləşdirilib. Bu platformanın çatışmazlıqlarından biri fraqmentlik hesab edilir: 4.1.x sistemin ən populyar versiyasıdır. Qurğuların 36.5%-i bu sistemlə işləyir. (ictnews.az)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri