Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə iştirak edən İraq, Özbəkistan, Qambiya, Mərakeş, Mozambik, Burkina-Fasodan olan nümayəndələr “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Xeberler.az bildirir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İraq tərəfi ilə görüşdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.
Qonaqlara “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi bildirilib. Diqqətə çatdırılıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
İraq, Qambiya, Mərakeş, Mozambik və Burkina-Fasodan olan nümayəndələr “ASAN xidmət” modelinin innovativ yanaşmasını, vətəndaş məmnunluğuna əsaslanan fəaliyyət prinsipini və korrupsiyaya qarşı mübarizədə effektiv islahat kimi əhəmiyyətini yüksək qiymətləndirərək, dövlət xidmətlərinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və xidmətlərin vətəndaşlar üçün daha əlçatan olması məqsədilə Azərbaycanın bu qabaqcıl təcrübəsindən yararlanmaqda və modelin öz ölkələrində tətbiqində maraqlı olduqlarını vurğulayıblar.
Beynəlxalq tədbirin iştirakçıları, həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.



























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları