Previous Next
Bağla

“GTA VI” bir həftədə 4,7 milyard dollar gəlir əldə edib

28-11-2026 09:25
“GTA VI” bir həftədə 4,7 milyard dollar gəlir əldə edib

“Rockstar Games” şirkəti “Grand Theft Auto VI” (GTA VI) videooyununun satışından bir həftə ərzində milyardlarla dollar qazanıb.

Xeberler.az bildirir ki, bu barədə “Alinea Analytics” şirkətinin analitiki Ris Elliottun hesablamalarına istinadən “Playground” nəşri məlumat yayıb.

Ekspertin qiymətləndirməsinə görə, oyun dünya üzrə 53 milyon nüsxə satılıb. Satışların böyük hissəsi (75,7 faizi) “PlayStation 5” (PS5) konsollarının payına düşüb. Oyunun ümumi gəliri təxminən 4,7 milyard dollar təşkil edib ki, onun satışlarının 33,5 faizi ABŞ-dəki oyunçuların hesabına formalaşıb.

Məlumata əsasən, 7 milyondan çox istifadəçi oyunda 50 saatdan artıq, təxminən 250 min nəfər isə 100 saatdan çox vaxt keçirib.

Qeyd olunub ki, R.Elliottun hesablamaları “Rockstar Games” və ya “Take-Two” şirkətlərinin rəsmi göstəriciləri deyil, müstəqil ekspert qiymətləndirməsidir. Nəşriyyatçıların rəsmi statistikası maliyyə hesabatı dərc edildikdən sonra açıqlanacaq.

Xatırladaq ki, “Grand Theft Auto VI” “PlayStation” tarixində ən böyük start göstəricisinə nail olub. Noyabrın 19-da satışa çıxarıldığı gündən noyabrın 22-dək oyunu PS5-də 39 milyondan çox yeni istifadəçi işə salıb. İlk dörd gün ərzində oyunçular “GTA VI”da, ümumilikdə, 683 milyon saat - hər nəfərə orta hesabla 17,4 saat vaxt keçiriblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
GTA 4

GTA 4

19-10-2008
 GTA 5-i pirat oynamaq mümkün oldu

GTA 5-i pirat oynamaq mümkün oldu

17-04-2015
GTA 6-nın  təqdim olunacağı  tarix açıqlandı

GTA 6-nın təqdim olunacağı tarix açıqlandı

23-12-2015
GTA: San Andreas yenidən PS3 platformasında

GTA: San Andreas yenidən PS3 platformasında

04-12-2015
GTA 5-in kompüter versiyası ləğv olundu

GTA 5-in kompüter versiyası ləğv olundu

01-04-2015
Ən çox satılan oyunların adı açıqlanıb

Ən çox satılan oyunların adı açıqlanıb

13-08-2019
30 milyondan çox Playstation 4 satılıb

30 milyondan çox Playstation 4 satılıb

25-11-2015
Proqram təminatçısının satış həcmi 3 ayda 20 milyard dollara çatıb!

Proqram təminatçısının satış həcmi 3 ayda 20 milyard dollara çatıb!

02-02-2011
Battlefield Hardline-nın betasına qatılanların sayı açıqlandı

Battlefield Hardline-nın betasına qatılanların sayı açıqlandı

09-02-2015
Microsoft şirkəti 3 ay ərzində 20 milyard dollar qazanıb

Microsoft şirkəti 3 ay ərzində 20 milyard dollar qazanıb

16-02-2011
GTA VI-nın xəritəsi ABŞ ola bilər

GTA VI-nın xəritəsi ABŞ ola bilər

13-07-2015
Mobil proqramlar 57 milyard dollar gəlir gətirəcək

Mobil proqramlar 57 milyard dollar gəlir gətirəcək

13-05-2016
Pokemon GO gündə  10 milyon qazanır

Pokemon GO gündə 10 milyon qazanır

01-08-2016
PlayStation 4 yeni oyunlarla gəlir

PlayStation 4 yeni oyunlarla gəlir

28-10-2015
Tələbə internetə pirat oyun yerləşdirdiyinə görə həbs olunub

Tələbə internetə pirat oyun yerləşdirdiyinə görə həbs olunub

30-10-2008
Dünyanın ən gəlirli şirkətlərinin reytinqi açıqlanıb

Dünyanın ən gəlirli şirkətlərinin reytinqi açıqlanıb

27-07-2015
“Microsoft” korporasiyası “Android” sistemindən böyük mənfəət götürür

“Microsoft” korporasiyası “Android” sistemindən böyük mənfəət götürür

09-11-2013
New York Times  “Bu oyunları almayın!” Top 10-luğu təqdim edib

New York Times “Bu oyunları almayın!” Top 10-luğu təqdim edib

28-12-2009
Adobe-un rüblük mədaxili ilk dəfə olaraq $1 milyardı keçib

Adobe-un rüblük mədaxili ilk dəfə olaraq $1 milyardı keçib

27-12-2010
Ukraynanın İT şirkəti Rusiyanın saytlarını bloklayan kompüter oyunu hazırlayıb

Ukraynanın İT şirkəti Rusiyanın saytlarını bloklayan kompüter oyunu hazırlayıb

28-02-2022
Bu həftə təqdim olunacaq oyunlar

Bu həftə təqdim olunacaq oyunlar

14-04-2015
İnternetdə qeyri-qanuni ticarətdən əldə olunan gəlirlər artıb

İnternetdə qeyri-qanuni ticarətdən əldə olunan gəlirlər artıb

20-08-2015
PlayStation 2 - ötən ilin ən populyar oyun konsolu

PlayStation 2 - ötən ilin ən populyar oyun konsolu

06-01-2009
Mask 500 milyard dollar sərvəti ilə tarixə düşüb

Mask 500 milyard dollar sərvəti ilə tarixə düşüb

02-10-2025



Mediatrends



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə