Aparıcı süni intellekt (Sİ) laboratoriyaları yaxın aylarda bankların və dövlət qurumlarının kibertəhlükəsizlik əsaslarını sarsıda biləcək kəşflərə imza atmış ola bilər.
Xeberler.az “The Guardian” nəşrinə istinadən məlumat verir ki, tanınmış nəzəri kompüter alimi Skott Aaronson güclü Sİ modellərinin məxfi məlumatların şifrələnməsinin əsasını təşkil edən və onilliklərdir həll olunmayan riyazi problemlərdə ciddi irəliləyiş əldə etdiyinə dair etibarlı məlumatların olduğunu bildirib.
Mütəxəssislərin fikrincə, bu ehtimallar təsdiqlənərsə, hakerlər qısa müddətdə bank əməliyyatları, diplomatik yazışmalar və şəxsi elektron məktublar kimi məxfi kommunikasiyaların şifrəsini asanlıqla aça bilərlər. Qeyd olunur ki, hökumətlər və maliyyə qurumları şifrələmə sistemlərinin kvant kompüterləri tərəfindən sındırılması riskinə qarşı 2032-ci ilədək tədricən hazırlıq görsələr də, Sİ-nin kriptoqrafiyada belə sürətli irəliləyişi gözlənilməz olub.
İngiltərə Bankının sədri Endryu Beyli də bu həftə “OpenAI” və “Anthropic” kimi şirkətlərin kriptoqrafiya sahəsində mümkün kəşfləri ilə bağlı narahatlıqlara toxunaraq, onları yeni modelləri ictimaiyyətə təqdim edərkən ehtiyatlı olmağa çağırıb.
Sİ şirkətləri hələlik şifrələmə ilə bağlı rəsmi açıqlama verməsələr də, ekspertlər süni intellektin təqdim etdiyi riyazi sübutların alimlər tərəfindən diqqətlə yoxlanılmasının vacibliyini vurğulayırlar. Surrey Universitetinin professoru Alan Vudvord mövcud şifrələmə sistemlərinin bir gündə çökməyəcəyini bildirib, lakin iri bankları və dövlət qurumlarını təhlükəsizlik sistemlərini operativ şəkildə daimi yeniləməyə hazır olmağa çağırıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları